İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Ölkədə İnternetin keyfiyyəti və qiyməti ilə bağlı problemlər qalmaqdadır

18.07.2014 [18:39]

Fontu böyüt:      

Azərbaycan İnternet Forumunun prezidenti , Multimedia Mərkəzinin direktoru Osman Gündüz ölkədə İnternet qiymətlərinin baha olması və İnternetin keyifiyyəti ilə bağlı məsələlərə yenidən münasibət bildirib. Rəsmi Facebook səhifəsində bununla bağlı etdiyi açıqlamanı təqdim edirik:
Azərbaycan İnternet Forumunun prezidenti , Multiemdia Mərkəzinin direktoru Osman Gündüz ölkədə İnternet qiymətlərinin baha olması və İnternetin keyifiyyəti ilə bağlı məsələlərə yenidən münasibət bildirib.
Rəsmi Facebook səhifəsində bununla bağlı etdiyi açıqlamanı təqdim edirik:
“RYTN tərəfindən Internetin qiymətlərinin endirilməsi məsələsi sakitcə gündəmdən çıxarılıb.
Hətta Delta Telekom tərəfindən 2-ci səviyyəli İSP-lərə topdan satılan İnternetin qiymətlərində endirimlər olsa da Provayderlər vətəndaşlara və təşkilatlara satılan internetin qiymətlərini endirməyiblər.
Ötən yazılarda Provayderlərin kütləvi olaraq “yalançı” İnternet trafik satması, istifadəçilərin kütləvi olaraq “çəkidə” aldadılması nəticəsində hər ay külli miqdarda gəlir götürməsini Bakinternet Provayderinin timsalında qeyd etmişdik. Bundan sonra aləm qarışdı, müzakirələr oldu, Bakİnternet lazimi yerlərə dəvət olundu. Lakin heç nə dəyişmədi. Görünür kimlərisə razı sala bilib.
Bu yalançı internet “trafikin”, yüksək qiymətlərin hesabına Bakinternet indi hər ayda təxminən 3 milyon təmiz gəlir əldə edir.
Ən qəribəsi odur ki, bəlkədə ölkənin heç bir Bakbone Provayderi, nə Delta Telekom, nə də AzerTelekomun İnternet satışından aylıq gəliri bu qədər ola bilməz.
Hələ üstəlik Bakİnternet indi də cari il üçün Dövlət Neft Fondundan nəzərdə tutulan 105 milyonluq İnlernet Layihəsindən bəhrələnmək iddiasındadır.
Dövlət İSP-lərin RYTN tərəfindən tənzimlənməsi, İqtisadiyyat və Sənaye Nazirliyinin müvafiq qurumlarının istehlakçıların hüquqlarının qorunmasına nəzarəti bu cür davam edəcəksə şübhəsiz bu iddiaları da təmin olunacaq.
Azərbaycan bahalı və keyfiyyətsiz İnternt olan ölkələr sırasında qalmaqda davam edir. Elə DeltaTelekomun saytında onlayn dəyişilən statistikasından da bu görünür. Ölkədə toplam olaraq təxminən 100 Gbp/s Internetdən istiafdə olunur. Əhalinin 70% -ni təşkil edən İnternet istifadəçilərinin real İnternet istehlakı isə təxminən minimum 500 Gbp/s olmalıdır.
Son illərdə ölkədə İKT-nin, İnternetin, elektron hokumətin, innovasiyaların inkişafı istiqamətində həqiqətən də xeyli ciddi addımlar atılıb, uğurlar əldə olunub və bunlar davam etməkdədir.
Bununla belə, dəfələrlə səsləndirilməsinə baxmayaraq keyfiyyətsiz və baha İnternetin vətəndaşlara, cəmiyyətin inkişafına və ümumiyyətlə Azərbaycana vurduğu ziyanlar isə sadəcə təəssüf doğurur.
Bu problem hələ də aktual olaraq qalmaqdadır.”

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar