Fontu böyüt:
Dünyada aparıcı mobil telefon istehsalçısı olan Nokia şirkəti Azərbaycanda nümayəndəlik açmaq istəyir.
Şirkətin MDB – nin cənub ölkələri üzrə baş meneceri Karel Qolub bildirib ki, Azərbaycan bazarı Nokianın önəm verdiyi sahələrdən biridir.
Baş menecer bununla bağlı deyib: “Biz bugünki nəticələrdən çox razıyıq, gələcəkdə də şirkətimizin bu ölkədə fəaliyyətini genişləndirmək niyyətindəyik”.
Nokianın məlumatına görə, Azərbaycan mobil qurğular bazarında sürətli inkişaf müşahidə olunur və internet sektorunun dinamik inkişafı isə smartfon seqmentinin irəliləməsinə yaxşı şərait yaradır.mənbə vesti.az
V.ELMAR