Fontu böyüt:
Hal-hazırda dünyamızı kompütersiz təsəvvür edə bilmirik. Kompüter həyatımızda ən önəmli cihazlardan biridir.
Ona görə də, getdikcə kompüterin dizaynını da dəyişirlər. Utrecht Sənət Məktəbinin məzunu Marlies Romberg rəqəmsal dünyanı klassik dünya ilə birləşdirib.
Belə ki, taxta masa şəklində kompüter hazırlayıb. “Sevimli Gündəlik 1.0” adlı kompüter fərqli dizaynı ilə elə ilk andaca diqqət çəkibdir. Dizaynda bir kompüter taxta bir masa ilə bütövləşib.
Klaviaturası, siçanı(mausu), hətta ekran kənarlıqları da taxtadan hazırlanıb. Marlies Romberg qeyd edib ki, “mən dünyamızın rəqəmsallaşmasını heyranlıqla izləyirəm. Bir insanı axtardıqda Google-dən onun həyatı və hər şeyi haqqında asanlıqla məlumat tapmaq mümkündür. Normal həyatımızdə hər şey rəqəmsal həyata inteqrasiya olunur”.