Fontu böyüt:
Microsoft kompaniyasının mütəxəssisləri Windows XP-nin ömrünü uzatdılar.Belə ki, kompaniya satıcılara kompüter satarkən üstündə Windows XP verilməsinə icazə veriblər. Sadəcə bu vaxt 2009-cu ilin yayın əvvəlinəcən davam edəcək. Ondan sonra alıcılar istəsələr belə onlara XP əməliyyat sistemi təqdim olunmayacaq.
Səbəbi isə kompaniyanın yeni çıxardığı Vista və Windows 7-ə marağın az olmasıdır. Son məlumatlara görə alıcılar kompüter alarkən 20,5% Vistaya üstünlük verirdilərsə, XP-yə 66,3% üstünlük verirlər.
xeberler.az/Elvin