"Nokia" şirkəti "Microsoft" və "AT&T " şirkətinin dəstəyi ilə, bəzi smartfonların qüsurlarını nümayiş etdirmək məqsədi daşıyan "Smartphone Beta Test" saytını yaradıb.
Saytda yerləşdirilən videoçarxlarda "Nokia"nın əsas rəqibləri "iPhone" və "Android" qurğuların çatışmazlıqları qabardılıb. Çarxların birində "Apple" şirkətinin istehsalı olan "iPhone 4" və "4S"-in ekranının nazikliyindən bəhs edilir.

RİTN-nin informasiya resurslarından əldə edilən məlumata görə, çarxda istifadəçi baha aldığı telefonu bir dəfə yerə salmaqla, yeni "iPhone" və ya yeni şüşə korpus almalı olur. Digər bir videoçarxda isə həsas ekranı Günəş işığı altında solan "Android" qurğularına zərbə vurulur.
Saytda "Nokia" smartfonunun çatışmazlıqları haqqında məlumatlar yer almayıb. Əksinə, şirkətin sonuncu istehsalı olan "Lumia"nın ən yaxşı smartfon olduğuna işarə edilib.
Xeberler.az