Fontu böyüt:
İnternetdən istifadeə orta yaşlı insanlarda və o cümlədən ahıllarda beynin işini yaxşılaşdırır.
Los-Anceles Universitetinin alimlər qrupu tərəfindən aparılmış tədqiqatlar zamanı məlum olub ki, internetdə axtarış nəticəsində istifadəçinin, tez bir zamanda qərar qəbul etməsinə və mürəkkəb fikirlərinə görə cavabdeh olan beyin mərkəzlərinin işi yaxşılaşır.
“Şəbəkədə məlumat axtarışı zamanı mürəkkəb beyin fəaliyyəti oyanır ki, belə vəziyyətdə beynin ümumi fəaliyyəti yaxşılaşır”, - deyə tədqiqat qrupunun rəhbəri, professor Qari Smoll bildirib.
Tədqiqatçıların sözlərinə görə internetdən istifadə hətta, beyin fəaliyyətinin sürətini yaşla əlaqədar azaldan fizioloji dəyişiklərə də əks-təsir göstərə bilər.
Qeyd etmək lazımdır ki, tədqiqat işlərində iştirak etmiş 55 yaşdan 76 yaşadək 24 könüllü şəxslərin yarısı internetin təcrübəli istifadəçiləri deyildirlər.
xəbərlər.az/Ələkbər