Fontu böyüt:
Noyabrın 14-ü Bakıda Startup Günlərinə start verilib. Bununla əlaqədar Yüksək Texnologiyalar Parkında açılış mərasimi keçirilib.
Azərbaycan İnternet
Forumunun prezidenti, Startup Azərbaycan layihəsinin rəhbəri Osman Gündüz
tədbiri açaraq , Startup Günlərinin məqsədinin ölkənin milli startap
infrastrukturuna dəstək vermək, yeni startapların yaradılmasını
stimullaşdırmaq, startaplar üçün infromasiya-metodiki dəstək göstərmək və startaplar
arasında əlaqələrin gücləndirilməsindən ibarət olduğunu bildirib.
Açılış mərasimində
Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə çıxış
edib. O, dövlətin milli startapların inkişafına dəstək göstərməsinin prioritet
olduğunu qeyd edib və bu dəstəyin qarşıdakı illərdə daha da güclənəcəyini
bildirib. Nazir müavini bu cür tədbirlərin startap infrastrukturunun
formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Daha sonra Startup Günləri çərçivəsində
“Milli Startup infrastrukturun formalaşması və investisiya mənbələri” mövzusunda
konfrans öz işinə başlayıb.
Konfransda RİTN yanında İT-nin
İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov, Yüksək Texnologiyalar
Parkının direktor müavini Cəlal Rəhimov, Cybernet şirkətinin rəhbəri
İlham Namazov, Khazar Ventures şirkətinin təsisçisi Məmməd Kərimov, İnfiPro
şirkətinin nümayəndəsi Kəmalə, SİNAM şirkətinin direktoru Elçin Əliyev,
İnternet Holdinq şirkətinin rəhbəri Rafael Əzizov çıxış ediblər.
Çıxışlarda səsləndirilən fikirlər
ətrafında və mövzu ilə bağlı maraqlı diskussiya keçirilib. Ölkənin startap
infrastrukturunun bütün maraqlı tərəflərinin nümayəndələri müzakirələrdə aktiv
iştirak diblər. Gənc startapçıları maraqlandıran suallar panel iştirakçılar tərəfindən
cavablandırılıb. Sonra Konfrans müzakirələr və sual-cavablarla işini davam
etdirib.
Konfransda nazir müavini Elmir Vəlizadə
çıxış edərək müzakirələrin kifayət qədər maraqlı və faydalı olduğunu qeyd edib.
O, çıxışında qaldırılan məsələlərə münasibət bildirib.
Daha sonra Startup Günlərinin
2-ci hissəsi başlayıb. Gənc startapçılar qısa müddət ərzində iştirakçılar
və münsiflər qarşısında öz biznes ideyalarını səsləndiriblər. Ümumilikdə
20 ideya səsləndirilib və onların yarışması keçirilib. Münsiflər heyəti və
ekspertlər bunlardan 6 ən uğurlu ideya seçilib. Bu ideyalar ətrafında 6 startap
komandası formalaşdırılıb.
Komandalar formalaşdırdıqdan
sonra komanda üzvlərinin yaxından tanışlığı məqsədilə networking keçirilib.
Növbəti günlərdə komandalar öz işlərinin davam etdirəcək , mentorların və
ekspertlərin köməyi seçilən ideyalarla bağlı yeni startap Layihələrinin
ilkin variantlarını hazırlayacaqlar.
Yekunda bu layihələrin təqdimatları
və yarışması təşkil olunacaq və peşəkar münsiflər heyəti layihələri
qiymətləndirəcək.
Qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların qiymətli hədiyyələri,
diplomlar və sertifikatlar təqdim olunacaq.
Startup Günlərinə Rabitə və
Yüksək Texnologiyalar nazirliyi, İT-nin İnkişafı Dövlət Fondu, Yüksək
Texnologiyalar Parkı, Cybernet, SİNAM, SMART və Khazar Ventures şirkətləri dəstək
verirlər.
Startup Günlərinin çərçivəsində keçirilən Konfransın fotomaterialları https://www.facebook.com/media/set/?set=a.819869014739098.1073741866.486851951374141&type=1
Startup Günlərində ideyaların
yarışması və komandaların formalaşması, fotomateriallar :https://www.facebook.com/media/set/?set=a.819888028070530.1073741868.486851951374141&type=1