İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Çətin şifrələri necə yarada bilərik?

01.04.2014 [13:10]

Fontu böyüt:      

Araşdırmalar nəticəsində müəyyən olunub ki, istifadəçilər öz şifrələrini unutmamaları üçün ya 12345 kimi olduqca sadə şifrələrdən və yaxud telefon nömrələrindən və ya təvəllüdlərindən istifadə edirlər ki, bu da onların yaxından tanıya bilən adamlara asanlıqla onların hesablarına ələ keçirməyə imkan yaradır.
Elektron Təhlükəsizlik Mərkəzi (ETM) çətin parolun (şifrələrin) qoyulması barədə tövsiyələrini təqdim edib.
Tövsiyyələrdə bildirilir ki,  elektron poçt və sosial şəbəkə hesablarının oğurlanmasının əsas səbəblərindən biri də çox sadə parollardan istifadə edilməsidir.

Araşdırmalar nəticəsində müəyyən olunub ki, istifadəçilər öz şifrələrini unutmamaları üçün ya 12345 kimi olduqca sadə şifrələrdən və yaxud telefon nömrələrindən və ya təvəllüdlərindən istifadə edirlər ki, bu da onların yaxından tanıya bilən adamlara asanlıqla onların hesablarına ələ keçirməyə imkan yaradır.

Tövsiyələrə əsasən parol bütöv bir sözü ifadə etməməli, ən azı 8 simvoldan ibarət olmalı və böyük və kiçik hərflərdən təşkil olunmalıdır. Bununla yanaşı, istifadəçilərin rəqəm  və simvollardan istifadə etməli olduğu da tövsiyələrə daxildir.

İstifadəçilər bu qaydalara əməl etməklə Elçin90eLi kimi bir şifrə yarada bilər, lakin bu şifrəni çətin şifrə hesab etmək olmaz. Çünki bütöv sözü (Elçin eli) ifadə edib.

Mərkəz bildirir ki, bu halda çətin və yaddaqalan şifrə yaratmağın ən sadə üsulu sizə yaxın olan bir cümlənin baş hərflərindən istifadə etməkdir. Nəzərdə saxlayaq ki, həmin cümlədə hər hansı xüsusi rəqəmlərdən də istifadə olunması sizin şifrəni daha da çətinləşdirəcək.

Məsələn, Mənim balaca qardaşım İsmayıl 14 dekabr 2005-ci ildə Bakıda anadan olmuşdur.

Bu cümləni təşkil edən sözlərin ilk hərflərindən istifadə edərək şifrəmizi yaradırıq: Mbqİ14d25iBao və ya qısa cümlədən istifadə edirik: Mən 1993-cü ildə Bakıda anadan olmuşam.

Həmin cümləni təşkil edən sözlərin ilk və son hərflərindən istifadə etməklə də öz çətin parolunuzu yarada bilərsiniz: mn13iəBaanom

Əgər istifadəçi düşünürsə ki, bu cümləni unuda bilər, o halda həmin cümləni bir yerdə qeyd edə və unutduğuna da baxa bilər. Lakin həmin cümləni harasa qeyd edərkən altından “parolum”, “fb parolum” kimi ifadələrdən istifadə etməməli olduğunu unutmamalıdır.

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar