Fontu böyüt:
İsveç prokurorluğu WikiLeaks saytının yaradıcısı Culian Assanjın beynəlzalq axtarışa elan olunması ilə bağlı İnterpola müraciət göndərib.
Xatırladaq ki, Stokholm mahal məhkəməsi noyabrın 18-də Culian Assanjın yaradıcısının həbsinə order verib. Proqramçını İsveçdə zorlamada günahlandırırlar. Prokuror Marianne Nyunun sözlərinə görə, növbəti addım Assanjın həbsi üçün beynəlxalq orderin verilməsi olmalıdır. Avstraliyalı Assanj ittihamları rədd edir və onların onu və WikiLeaks layihəsini gözdən salmağa yönəldiyini bildirir. Avqust ayında İsveç məhkəməsi artıq Assanjın həbsi üçün order vermişdi. Lakin sonradan ittihamlar geri götürüldü və istintaq avstraliyalı ölkədən çıxdıqdan sonra davam etdirildi. WikiLeaks saytı hərbi əməliyyatlar barədə məxfi məlumatların dərc edilməsi ilə məşğul olur. Sayt Əfqanıstan və İraq hərbi əməliyyatları barədə geniş ifşaedici materiallar dərc edib. Culian Assanj İsveç pasportu almaq istəsə də ona etiraz edilib. Hazırda Londonda olan Assanj İsveçrədə siyasi sığınacaq almaq və İsveç məhkəməsinin qərarından apelyasiya vermək fikrindədir.