21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan regionlarına yüksək sürətli internet xəttinin çəkilməsi ilə bağlı işlər 2010-cu ilin sonunadək başa çatdırılacaq.
«APA-ECONOMICS»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyları nazirinin müavini İltimas Məmmədov bildirib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir: «Ümid edirəm ki, bu ilin sonunadək Azərbaycanın bütün regionları yüksək sürətli internetdən istifadə edə biləcək».
İ.Məmmədov onu da bildirib ki, cari ilin sonunadək həmçinin regionlardakı ATS-lər tam elektronlaşdırılacaq: «Hazırda analoq avadanlıqların rəqəmsal avadanlıqlarla dəyişdirilməsi prosesi aparılır ki, ilin sonunda «Aztelekom» bu işləri başa çatdırmaq niyyətindədir». Nazir müavininin sözlərinə görə, hazırda Azərbaycanda ATS-lərin 86%-i elektronlaşdırılıb. Eyni zamanda, İ.Məmmədov artıq 2012-ci ildə ölkə ərazisində rəqəmsal televiziya yayımının tam tətbiq olunacağını da bildirib.