Fontu böyüt:
Azərbaycanda krizis vəziyyətinə düşən gənclər üçün pulsuz psixoloji telefon xətti yaradılıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 510-66-36 nömrəli Krizis telefon xətti 14-29 yaşda olan və krizis vəziyyətinə düşmüş yeniyetmə və gənclərə ilkin psixo-sosial yardımın göstərilməsi məqsədini daşıyır.
Krizis telefon xətti Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “İnkişaf naminə təşəbbüs” İctimai Birliyi tərəfindən hazırlanıb. Xidmət pulsuz və anonimdir. Xətdə xüsusi hazırlıq keçmiş peşəkar psixoloq və psixiatrlar çalışır. Gənclərə əyani dəstək göstərilməsi üçün Krizis telefon xətti 6 dövlət və 4 qeyri-hökumət təşkilatı ilə əlaqə yaradıb.