İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Bakcell” şirkəti əsas şəbəkənin unifikasiya prosesini başa çatdırıb

18.10.2013 [10:16]

Fontu böyüt:      

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti öz müştərilərini ən mükəmməl data və səs xidmətləri ilə təmin etmək məqsədi ilə şəbəkəyə sərmayə yatırmaqda davam edir. Dünyanın informasiya və kommunikasiya texnologiyaları (İKT) həlləri sahəsində aparıcı şirkəti olan “Huawei” şirkəti ilə birlikdə “Bakcell” əsas şəbəkənin unifikasiyası layihəsini uğurla başa çatdırıb.
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti öz müştərilərini ən mükəmməl data və səs xidmətləri ilə təmin etmək məqsədi ilə şəbəkəyə sərmayə yatırmaqda davam edir. Dünyanın informasiya və kommunikasiya texnologiyaları (İKT) həlləri sahəsində aparıcı şirkəti olan “Huawei” şirkəti ilə birlikdə “Bakcell” əsas şəbəkənin unifikasiyası layihəsini uğurla başa çatdırıb.
Səs şəbəkə domeninin unifikasiyası prosesi 2012-ci ilin avqust ayında başlayıb. 2013-cü ilin avqust ayından etibarən səs trafiki tam olaraq yeni, yüksək həcmli və ehtiyat funksiyasına malik kommutasiya avadanlığı üzərindən ötürülməkdədir.
Unifikasiya edilmiş yeni əsas şəbəkə Təkmilləşdirilmiş Telekom Kompüter Arxitektura platforması əsasında qurulub. Gələcək nəsil telekommunikasiya avadanlığı üçün əsaslı və etibarlı vasitə sayılan bu platforma, “Bakcell” şəbəkəsinə yüksək tutum və çeviklik verərək abunəçilərin etimadını doğrultmaq üçün ən mükəmməl xidmətin göstərilməsinə imkan yaradacaq.
Unifikasiya edilmiş yeni şəbəkə LTE texnologiyasına tam olaraq uyğun gəlir və gələcəkdə LTE üzərindən göstəriləcək səs xidmətləri üçün hazırdır. 
“Bizim strategiyamız “Bakcell” müştərilərini ən üstün şəbəkə təcrübəsi ilə təmin etmək məqsədilə ən mükəmməl şəbəkə texnologiyalarının tətbiq edilməsidir. Abunəçilərimizə təklif etdiyimiz qabaqcıl xidmətlərin təkmilləşdirilməsi və ən üstün keyfiyyətin təmin edilməsi üçün bu il bir neçə layihəyə start verilib. Bu layihələrdən biri də məhz əsas şəbəkənin unifikasiyası layihəsidir. Bu layihə “Bakcell” şəbəkəsini Azərbaycan bazarında ən müasir şəbəkəyə çevirir və onun gələcək texnologiyalarının tətbiqinə tam hazır olduğunu nümayiş etdirir”,-  deyə “Bakcell” şirkətinin baş texniki direktoru cənab Yigit Berktaş bildirib.
“Bakcell” şirkəti həmçinin texnologiyalardan birgə istifadə layihəsini başa vuraraq tam etibarlı və coğrafi cəhətdən geniş şəbəkə qurub. Texnologiyalardan birgə istifadə trafikin şəbəkənin bütün kommutasiya elementləri arasında avtomatik ötürülməsini və fövqəladə hadisələr zamanı xidmətin mövcudluğunu təmin etmək imkanı verir.
“Bakcell” cari ilin əvvəlində ümumi şəbəkə tutumunun artırılması və “Huawei OSN” avadanlığından istifadə edərək MPLS-TP texnologiyasına keçidi həyata keçirmək üçün bütöv transmissiya şəbəkəsinin modernizasiyasını həyata keçirib. (ictnews.az)

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar