Fontu böyüt:
Nokia cib telefonu bazarında iPhone`nun üstünlüyündən narahatdır. Şirkət rəqabətdə qalib gəlmək üçün əhəmiyyətli addımlar atır.
Onlardan biri may ayında açılması gözlənilən Ovi adlı virtual mağazadır. Nokiadan mövzuyla əlaqədar şərh edən Tero Ojanpera qeyd edib ki, cib telefonları üçün yeni internet xidmətləri sayəsində Ovi ciddi bir fərq yaradacaq.
Son zamanlarda Nokia böhrana tab gətirmək üçün cəmi 450 işçisini ixtisar etmişdi. Ona görə, firmanın təcili gəlir qaynaqları tapması böyük əhəmiyyət daşıyır. Tero Ojanpera, qısa müddətdə 50 milyon istifadəçinin Ovini ziyarət etməsini gözlədiklərini söylədi.