21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Milli İnternet Mükafatı - Milli
Net 2014 müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa çatıb.
Xeberler.az-ın məlumatına görə,
müsabiqəyə 14 Nominasiya üzrə təqdim edilən 322 saytdan qaydalara uyğun olan
272 sayt qəbul edilib və səsvermədə iştirak edib.
AİF-in dizayn, məzmun və
texniki-texnoloji istiqamətlər üzrə formalaşdırdığı 15 nəfərlik müsabiqə komissiyası
1-ci mərhələdə saytların qiymətləndirməsini həyata keçirib.
Səsvermənin 1-ci mərhələsinin
yekununda 14 nominasiya üzrə 272 sayt arasından ən yaxşılar olan 75 sayt
nominant statusu alıb. Bu saytlar 2-ci mərhələdə mübarizəni davam etdirəcəklər.
Səsvermənin 2-ci mərhələsi
dekabrın 10-da başlayacaq və 17-də başa çatacaq. Bu mərhələdə münsiflər
saytları mövcud meyarlar üzrə daha dərindən araşdıraraq qiymətləndirəcək
və verdikləri qiymətləri əsaslandıracaqlar.
Müsabiqə komissiyası dekabrın
19-a kimi nominantlar arasından hər nominasiya üzrə qalib saytları müəyyən
edəcək.
Milli İnternet Mükafatının ənənəvi
yekun təqdimat mərasiminin dekabrın 19-da keçirilməsi nəzərdə tutulub. Təşkilat
komitəsi hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görür.
Müsabiqədə 14 nominasiyanın hər
biri üzrə qalib gələnlərə Milli Net-in tuncdan hazırlanmış xüsusi mükafatı –
hörümçək əks olunan buta təqdim olunacaq.
2-ci və 3-cü yerlərin qaliblərinə
diplomlar təqdim olunacaq.
Nominantların tam siyahısı www.millinet.az -da yerləşdirilib.
Milli İnternet Mükafatına Rabitə
və Yüksək Texnologiyalar Nazirliyi dəstək verir. Müsabiqənin baş sponsoru
Azercell şirkətidir. Delta Telecom və BestCom şirkətləri də Milli İnternet
Mükafatına dəstək verirlər.
Mirvari Nəcəf