İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

‎Elektron hökumət və media Layihəsinin yekunlarına həsr olunan Təqdimat mərasimi keçirilib.

06.03.2013 [19:15]

Fontu böyüt:      

Bu gün Multimedia Mərkəzi tərəfindən “İnformasiya Cəmiyyətinin Jurnalisti” Proqramı çərçivəsində “Elektron hökumət və media” Layihəsinin yekunlarına həsr olunan Təqdimat mərasimi keçirilib.
Bu gün Multimedia Mərkəzi tərəfindən “İnformasiya Cəmiyyətinin Jurnalisti” Proqramı çərçivəsində “Elektron hökumət və media” Layihəsinin yekunlarına həsr olunan Təqdimat mərasimi keçirilib.

Multimedia Mərkəzinin direktoru, AİF-in prezidenti Osman Gündüz Layihənin yekunları ilə bağlı məlumat verib. O, artıq 6 il davam edən adı çəkilən Proqram çərçivəsində RİTN-in, Ultra və SİNAM şirkətlərinin dəstəyi ilə keçirilən növbəti Layihənin ölkədə elektron hökumət quruculuğu prosesinə dəstək məqsədi daşıdığını bildirib.

Layihə çərçivəsində Jurnalistlər üçün elektron hökumət quruculuğu sahəsi ilə əlaqəli Treninqlərin keçirildiyini qeyd edib. Bir həftə davam edən Təlimlərin ölkənin İKT və media sahəsində tanınmış mütəxəssislər tərəfindən aparıldığı bildirilib. O, həmçinin Layihə çərçivəsində “İnformasiya cəmiyyətinin jurnalisti” nominasiyası üzrə Müsabiqənin də keçirildiyini qeyd edib.

RİTN-in şöbə müdiri İsfəndiyar Əliyev ölkədə informasiya cəmiyyəti quruculuğunun sürətləndiyi bir məqamda adı çəkilən Layihənin RİTN üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. O, elektron hökumət quruculuğu sahəsindəki işlərin, İnformasiya cəmiyyəti ideyasının, ümumiyyətlə İKT-nin üstünlüklərinin geniş ictimaiyyətə çatdırılmasında medianın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Münsiflərin üzvləri, media ekspertləri Ələsgər Məmmədli, Azər Həsrət və Seymur Kazımov çıxış edərək artıq uzun müddət davam edən bu Layihənin uğur qazandığını, Müsabiqənin ədalətli aparıldığını diqqətə çatdırıblar. Çıxış edənlər Müsabiqəyə təqdim olunan yazıların əhəmiyyətini vurğulayıblar və Layihənin ölkədə elektron hökumət quruculuğuna təkan verəcəyini bildiriblər . Onlar yazıların münsiflərə anonimlik gözlənilməklə göndərildiyi qeyd ediblər.

Tədbirdə AMEA İTİ –nin şöbə müdiri Rasim Mahmudov, SİNAM şirkətinin nümayəndəsi Firudin Əhmədov və ULTRA şirkətinin nümayəndəsi Arzu Əhmədova çıxış edərək jurnalistlərin peşəkarlığının artırılmasında keçirilən Təlimlərin, Müsabiqələrin mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər və informasiya cəmiyyəti quruculuğuna təkan verən bu tip tədbirlərin davamlı olmasını arzulayıblar.
Tədbirdə Layihə çərçivəsində təşkil olunan Treninqləri uğurla başa vuran 28 nəfər jurnalistə Sertifikatlar təqdim olunub.

Təqdimat mərasimində “İnformasiya cəmiyyətinin jurnalisti” nominasiyaları üzrə keçirilən Müsabiqənin qalibləri elan edilib. 1-ci yeri İsmayıl İsmayılov (Mediaforum), 2-ci yerləri Vüqar Haqverdiyev (Modern.az) və Fuad Hüseynzadə( “Palitra”), 3-cü yerləri Ceyhun Abasov (525-ci qəzet), Türkan Nadirqızı (Milli.Az), Fatimə Qəhrəmanova (Student Times) tutub.

Qaliblərə Diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

Layihə RİTN, ULTRA və SİNAM şirkətlərinin dəstəyi ilə həyata keçirilib.

Layihə haqqında geniş məlumat www.TELİM.ORG saytında yerləşdirilib.

Multimedia Mərkəzi
www.telim.az
Tel. 492 44 44.

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar