İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Abunəçilər Bakcell şirkətini seçir

12.01.2015 [17:13]

Fontu böyüt:      

2014-cü ildə Bakcell şəbəkəsinə daha çox abunəçi qoşulub.

Abunəçilər Bakcell şirkətini seçir. Mobil Nömrə Daşınması xidmətinin vasitəsilə Bakcell şəbəkəsinəqoşulan abunəçilərin sayı birlikdə digər iki şəbəkəyə qoşulan abunəçilərin sayından daha çoxdur. Ümumiyyətlə, 2014-cü ildə Bakcell şəbəkəsinə daha çox abunəçi qoşulub.

Mobil Nömrə Daşınması (MND) xidmətindən istifadə edərək mobil rabitə operatorlarını dəyişməyə qərar vermiş bütün abunəçilərin 62%-dən çoxu Bakcell şəbəkəsinə qoşulub. Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti bildirir ki, abunəçilərBakcell şəbəkəsinə keçir və şirkət hazırdaMobil Nömrə Daşınması (MND) sahəsində liderdir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzinin (MHM) verdiyi məlumata görə, indiyə kimi MND xidmətindən istifadə etmiş abunəçilərin sayı 12000 nəfərdən çoxdur. Bakcell şirkəti bildirir ki, bu abunəçilərin 7500 nəfəri öz nömrələrini məhz Bakcell şəbəkəsinə daşıyıb.

“Bakcell şirkəti RYTN-nin MND xidmətinintətbiqi ilə bağlı təşəbbüsünü lap əvvəldən dəstəkləyib. Biz öz köhnə şəbəkələrinin “əsirinə” çevrilmiş abunəçilərin cəlbedilməsi (abunəçilərin Bakcell şəbəkəsinəaxını)baxımından Bakcell-in qazanan bir şirkət olacağına ümid edirdik.Abunəçilər bizim ümidlərimizi doğrultdular və RYTN-nin verdiyi məlumat göstərir ki, Bakcell öz abunəçilərinə ən münasib qiymətlərlə yüksəkkeyfiyyətli xidmət və məhsullar təklif edir. MND xidmətinin yerli bazarda təklif olunmağa başlamasından bir ildən az bir müddət keçdiyinə baxmayaraq, biz artıq deyə bilərik ki, bu xidmətin şirkətimiz və bütün bazar üçün çox müsbət nəticəsi olub. Biz bu rəqəmin gələcəkdə də artmaqda davam edəcəyinə və Bakcell şirkətinin bu prosesdə lider mövqeyini qoruyub saxlayacağına əminik”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.

Öz nömrələrini Bakcell şəbəkəsinə daşımaqistəyən digər operatorların abunəçiləri tərəfindən verilən sorğular 1 fevral 2014-cü ildən başlayaraq icra edilməyə başlanıb. Digər mobil operatorların abunəçiləri öz nömrələrini köçürmək üçün Bakcell şirkətinin Müştəri Xidmətləri Mərkəzlərinə və ya BakcellİMmərkəzlərinə müraciət edə bilərlər.

Həmçinin, Bakcell məmnunluq hissi ilə bildirir ki, o, 2014-cü il ərzində ölkədə fəaliyyətgöstərən üç mobil rabitə operatoru arasında mobil rabitəabunəçilərinin ən böyük artımı müşahidə olunmuş şirkətdir. “Interconnect” sistemlərindən əldə olunmuş məlumata görə, Bakcell şirkətinin aktiv mobil rabitə abunəçi bazası müvafiq olaraq digər iki operatorun 0.4% və 4% göstəriciləri ilə müqayisədə 6.6 faizə qədər artıb.

“Abunəçi bazasının artımı bir daha sübut edir ki, Bakcell öz abunəçiləri üçün ən yaxşı dəyər və keyfiyyət kombinasiyasını təklif edir. Yeni abunəçilırin şəbəkəmizə qoşulması və mövcud müştərilərimizin sadiqliyi sayəsindəbizim mobil səs xidmətlərimizdən istifadə edən abunəçilərin sayı 2014-cü ildə rəqiblərimizlə müqayisədə daha sürətlə artıb.Bu isə o anlama gəlir ki, abunəçilər Bakcell şirkətinin təklif etdiyi xidmət və məhsulların üstünlüyünü və əla xidmət səviyyəsini qiymətləndirirlər”,deyə Riçard Şirer qeyd etib.

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar