İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

İşəgötürənlərin əksəriyyəti sosial şəbəkələrdə namizədlərin profilinə baxır

15.11.2013 [12:39]

Fontu böyüt:      

İşəgötürənlərin yarıdan çoxu – 65 faizi iş üçün müraciət edən namizədlərin sosial şəbəkələrdə profilinə baxır və qərar qəbul edərkən bu məlumatı nəzərə alır. Bu barədə "ESET" antivirus şirkəti və "FutureToday" insan resursları portalının birgə araşdırmasında deyilir.
İşəgötürənlərin yarıdan çoxu – 65 faizi iş üçün müraciət edən namizədlərin sosial şəbəkələrdə profilinə baxır və qərar qəbul edərkən bu məlumatı nəzərə alır. Bu barədə "ESET" antivirus şirkəti və "FutureToday" insan resursları portalının birgə araşdırmasında deyilir.
Bununla yanaşı, iş axtaranların 56 faizi iş axtaran zaman öz profillərində hər hansı dəyişiklik etmir. Əksər istifadəçilərin fikrincə, bu informasiya kənar şəxslər üçün maraq doğurmur.  
Sorğunun nəticələrinə əsasən, istifadəçilərin yalnız 29 faizi iş axtaran zaman sosial şəbəkələrdə profillərini redaktə (şübhəli foto və videoları silir, dostlar siyahısına düzəlişlər edir, daha cəlbedici şəkil qoyur) edir.

Rəyi soruşulanların daha 15 faizi əvvəlcədən öz profillərinin işəgötürənləri maraqlandıra biləcəyini güman edərək servislərin məxfi funksiyalarından yararlanır. Onlar fərdi və ya insanı nüfuzdan salan informasiyanı kənar şəxslərdən gizlədərək onların yalnız dostlar və ya özü üçün görünməsini məhdudlaşdırır.
Bundan başqa, statistika sosial şəbəkələrdən asılı olaraq fərqlənir. Belə ki, "VKontakte" istifadəçilərinin 30 faizi, "Facebook" istifadəçilərinin yalnız 14 faizi profillərini dəyişir. "VKontakte"də iş axtaranların 14 faizi,  "Facebook"da 25 faizi məxfilik funksiyasını tətbiq edir.
Sorğuda 1500-dən çox istifadəçi və telekommunikasiya, konsaltinq, audit, maliyyə sahəsində fəaliyyət göstərən 60-dan çox işəgötürən şirkət iştirak edib. 
Statistikaya görə, sosial şəbəkələrdə profillər kiberfırıldaqçılar üçün cəlbedici hədəflərdən biri hesab olunur. "ESET"-in apardığı araşdırmalardan məlum olub ki, istifadəçilərin 60 faizi cinayətkarların müdaxiləsi nəticəsində ən azı bir dəfə profillərinə girişi itirib, habelə onların 25 faizinin profili dəfələrlə "sındırılıb".(ictnews.az)

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar