Fontu böyüt:
Avropa Komissiyasının rəsmi nümayəndəsi Martin Zelmayer bildirib ki, Avropa İttifaqı rus ünvanlı İnternet-saytları .EU ümumavropa domenində qeydiyyatdan keçirməyə icazə verib.
Artıq .EU domenində saytları qeydiyyatdan keçirmək üçün kiril və yunan əlifbası hərflərindən istifadə etmək mümkün olacaq. Kiril əlifbalı domenlərin .EU zonasında qeydiyyatına yaxın vaxtlarda başlanılacaq.
Hazırda isə kiril əlifbalı domenləri .NET, .COM və .SU zonalarında qeydiyyatdan keçirmək olar, .EU zonasında isə hələlik latın əlifbasından olan hərfləri və rəqəmləri qeydiyyatdan keçirmək olar.
Xatırladaq ki, 2009-cu ilin ilin oktyabr ayının sonunda ICANN təşkilatı milli dillərdə yuxarı dərəcəli domen adlarının tətbiqi üzrə sürətli proseduru təsdiq etmişdi.