İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Hansı mobil telefon modelindən yararlanırsınız? (sorğu)

05.12.2014 [08:09]

Fontu böyüt:      

Xəbərlər.az saytı Bakı sakinlərinə "Hansı mobil telefon modelindən yaralanırsınız","niyə məhz bu model", "nədən razısınız", “hansı funksiyaları sizi qane etmir" sualları ilə müraciət edib.

Xəbərlər.az saytı Bakı sakinlərinə "Hansı mobil telefon modelindən yaralanırsınız","niyə məhz bu model", "nədən razısınız", “hansı funksiyaları sizi qane etmir" sualları ilə müraciət edib.

 Nurlan Salamov,18 yaş, tələbə

Samsung Galaxy Grand markalı mobil telefon işlədirəm. Dostlarım, qohumlarımdan eşitmişdim ki, bu telefon bir çox funksiya, proqramlara malikdir və istifadəsi asandır, qiyməti də uyğun olduğu üçün onu seçdim. İndi peşmanam, telefon tez-tez donur, funksiyaları itir. Razı deyiləm.

Rahib Məmmədov, 40 yaş, mühasib

Nokia markalı mobil telefondan istifadə edirəm. Əlbəttə, yeni modellər də çıxır, amma mən Nokia-nı daha çox sevirəm. Telefon yazışmalar, məlumat toplamaq, bilik dairəmi genişləndirmək üçün çox əlverişlidir. Məsələn, əvvəllər elə kitab, məlumatlar vardı ki, biz onları çətinliklə əldə edirdik. Amma indi bütün sahələrlə bağlı informasiyanı telefondan əldə etmək mümkündür. İnsan maraq dairəsini düzgün bölməlidir, telefon aludəçisi olmaq düzgün deyil.

Kifayət Osmanova, 48 yaş, evdar qadın

İstifadə etdiyim telefon markası HTC One minidir. Bu telefonu 1 ildir istifadə edirəm və çox razıyam. Telefonumda ən çox sevdiyim xüsusiyyət onun çəkilişinin effektli olmasıdır. Bu telefonun vasitəsiylə hər şeyi HD formatda çəkə bilirəm, kamerası 4 MP-dir, bununla yanaşı sensoru da çox yaxşıdır. Digər telefonlardan fərqli olaraq heç vaxt donmur və 16 GB daxili yaddaşı mənə hər şey üçün kifayət edir. Məhz bu xüsusiyyətlərinə görə bu telefonu seçmişəm.

İmdad Bayramov, 50 yaş, psixoloq

İphone istifadə edirəm. Bu telefonu ona görə seçmişəm ki, burada mail-dən, internetdən yararlanıram. Viberdən istifadə edirəm, çünki övladım xaricdə təhsil alır. Sensorundan razıyam, internetə qoşulma sürətlidir. Modellər tez-tez dəyişir, qiymətlər artır, bu da insanlarda həvəs yaradır, müəyyən mənada maddi xərclərə gətirib çıxarır. Bununla razı deyiləm.

Günel Məlikova, 17 yaş, tələbə

İstifadə etdiyim mobil telefon Alcatel One touch hero-dur. Əslində bu telefon mənə hədiyyə edilib. Telefonun sürətini bəyənirəm, bir də interneti yaxşıdır. Kamerası məni qane etmir, həm də Azərbaycan şrifti yox idi, sonradan özüm yükləmişəm.

Əfsanə Şərif


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar