İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Yaxın günlərdə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun ilk müsabiqəsi elan olunacaq

19.02.2014 [11:46]

Fontu böyüt:      

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclasının gələn həftə keçiriləcəyi nəzərdə tutulub. Fonddan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, Müşahidə Şurasının iclasında bu dəfə ilk müsabiqənin elan edilməsi və keçirilməsi məsələləri müzakirə ediləcək.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (İTİDF) Müşahidə Şurasının növbəti iclasının gələn həftə keçiriləcəyi nəzərdə tutulub.

Fonddan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, Müşahidə Şurasının iclasında bu dəfə ilk müsabiqənin elan edilməsi və keçirilməsi məsələləri müzakirə ediləcək.

"Fondun Müşahidə Şurası təşkilati fəaliyyətini təmin edəcək bütün sənədləri hazırlayaraq  təsdiq edib. Dövlət büdcəsindən fonda ayrılan vəsaitin hesaba köçürülməsi ilə bağlı artıq Maliyyə Nazirliyinə müraciət edilib. Fonda dövlət büdcəsindən ayrılan vəsait onun hesabına köçürüldükdən dərhal sonra müsabiqə elan ediləcək”,- deyə fondda bildiriblər.

Qeyd edək ki, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna dəyərli İT layihələrinin maliyyələşdirilməsi üçün dövlət tərəfindən 5 milyon manat vəsait ayrılıb.

Bu vəsaitin bir hissəsi qrant müsabiqələrində qalib olan layihələrin, bir hissəsi kommersiya layihələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.

Xatırladaq ki, fondun vəsaitlərinin istifadəsi qaydalarına əsasən, sahibkarlara 10 min manatdan 50 min manatadək – üçillik kiçikhəcmli kreditlər, 50 min manatdan 500 min manatadək – beşillik ortahəcmli kreditlər, 500 min manatdan 5 milyon manatadək –  onillik böyükhəcmli kreditlər ayrılacaq. (ictnews)

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar