21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Tələbələr Birliyi Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqda davam edir. Beləki, bu məqsədlə gələn həftə ərzində ATB-nin təşəbbüsü ilə tələbələr xüsusi hazırlanmış bəyanatı öz elektron poçtlarından digər ölkələrin digər ölkələrin hökumət üzvləri, beynəlxalq təşkilatların nümayəndələri və müxtəlif xarici siyasi xadimlərin elektron poçtlarına göndərəcəklər.
Bəyanatda Qarabağ münaqişəsinin təhsilimizə, daha dəqiq desək ali təhsilimizə vurduğu ziyan əks olunacaqdır. Bu yöndə qısa və vacib məlumatların bəyanatda əks olunması planlaşdırılır.
Belə bir fəaliyyətin edilməsində əsas məqsəd Qarabağla bağlı işləri tək anım günlərində deyil, digər günlərdə də aparmaq və tələbələrimizin Qarabağı unutmamasını göstərmək, təhsil və tələbə QHT-si olaraq sırf bu sahədə ölkəmizə dəymiş ziyanı müəyyənləşdirmək və fəaliyyətləri bu yöndə aparmaqdır.
Azərbaycan Tələbələr Birliyi olaraq həyata keçirdiyimiz təşəbbüsə 100-dən çox tələbənin qoşulacağını planlaşdırırıq. Təşəbbüsə digər ölkələrdən olan tələbə birlikləri nümayəndələrinin də qoşulması gözlənilir.