21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
2010-cu il oktyabr ayının 1-nə Azərbaycan Respublikası üzrə bankomatların sayı 1847 ədəd olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 209 ədəd çoxdur. Bu barədə Mərkəzi Bankın mətbuat xidmətindən məlumat veriblər. Məlumata görə, cari ilin oktyabrın 1-nə bankomatların 1028-i Bakı şəhərində, 819-u isə digər şəhər və rayonlarda yerləşir.
Bu dövrdə Azərbaycan Respublikası üzrə Pos-terminalların sayı 8882 ədəd olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 363 ədəd çoxdur. Cari dövrdə pos-terminalların 8077-si Bakı şəhərində, 805-i isə digər regionlarda yerləşir.
2010-cu ilin oktyabr ayının 1-nə Azərbaycan Respublikası üzrə dövriyyədə olan ödəniş kartların sayı keçən ilin müvafiq dövrünə nisbətən 6,4% artaraq 4059 min ədədə çatıb. Bankomatlar və Pos-terminallar vasitəsilə ödəniş kartları ilə aparılan əməliyyatların sayı 3804 min ədəd olub. Onlardan 94,7%-i debet kartlarının payına düşür.