Fontu böyüt:
Astranomlar Qalaktikada qeyri-adi bir kəşf ediblər.Bu dəfə onlar tərəfindən tapılan planet daha öncə məlum olanlardan isti olması ilə fərqlənir.Planetin səthində tempratur 2.250 dərəcəyə bərabərdir ki, bu da bəzi ulduzların tempraturu ilə müqayisə oluna bilər.Alimlərin sözlərinə görə daha öncə də ekstrimal-çox isti və çox soyuq, çox böyük və çox kiçik planetlər tapılıb və hər dəfə bu tapıntılar planetlərin və ulduzların yaranması haqqında olan müasir mülahizələrlə üst-üstə düşmür.Hər bir belə tapıntı alimləri planet və ulduzların yaranma prosesi haqqında olan suallarını daha da artırır və bu,mülahizələrin təmamilə səhv olmasına dəlalət edir.
Bu dəfə alimlərdə bir çox maraqlı və qeyri-adi məıumatlar var.Yeni,çox soyuq planet ölçülərinə görə Yupiterdən(Günəş sisteminin ən böyük planeti) 1.5 dəfə böyükdür.WASP-12b adı almış planet öz ulduzuna çox yaxın olduğundan o, ulduzu ətrafına çox böyük surətlə fırlanır və onun tam dövrü bir neçə günə bərabərdir.Planetlə ulduz arasında məsafə Yerlə Günəş arasında olan məsafədən 40 dəfə azdir.
Daha dəqiq tempratur göstəricilərinə görə WASP-12b planetinin səthində tempratur 2.250 dərəcədir və bu da Günəşin səthində olan tempraturdan 2 dəfə azdır.Bu planet kəşf olunan kimi qalaktikada ən isti və ulduzu ətrafına ən tez fırlanan planet adı qazanıb.
Bu unikal planeti SuperWASP (Super Wide Angle Search for Planets) teleskopu vasitəsilə tapmaq mümkün olmuşdur.Teleskop 2 hissədən ibarətdir.I hissə Kanar adalarında II hissə isə C.A.R-da quraşdırılıb.
WASP-12b planeti kəşf olunan ən isti planetdir.II ən isti planet isə HD 14902B-dir.Hansinin ki, tempraturu WASP-12b planetinin yempraturundan cəmi 110 dərəcə aşağıdır.Lakin firlanma surətinə görə WASP-12b planeti digər rəqiblərini çox arxada qoyur.Planet,ulduzuna çox yaxın olduğuna görə maksimal surətlə fırlanır və tam dövrü 3 günə başa vurur.
Planetin səthində tempraturun nə üçün belə yuxarı olması haqqında hələ ki, dəqiq bir fikir yoxdur.Lakin alimlərin bir çoxu iki səbəbin olduğunu bildirir.Birincisi planet ulduzun ayırdığı istiliyin hamısını udur və ikincisi ulduza yaxınlıq WASP-12b planetinin çox böyük həcmdə radiasiya udmasına səbəb olur ki, bu da planeti daha da qızdırır.Planetin bu cur ekstrimal şəraitdə hələ də dağılmamasının səbəbi onun strukturunun ağır maddələr və menerallardan təşkil olması ilə izah olunur.
xəbərlər.az/Ələkbər