Fontu böyüt:
Saytın (www.geoazeris.info) yaradılmasında məqsəd Gürcüstanda azərbaycanlıların yaşadığı regionların gündəminin, sosial problemlərinin hərtərəfli işıqlandırılmasıdır.
Saytda video ve foto reportajlar, araşdırmalarla yanaşı, Gürcüstanın azərbaycanlı gənclər, qeyri-hökumət təşkilatları, ziyalıların fəaliyyəti barədə xəbərlər yerləşdiriləcək. Bundan başqa regionda baş verən əsas proseslər də saytda yer alacaq. Yeni sayt Gürcüstanda fəaliyyət göstərən azərbaycanlıların təmsil olunduğu bütün qeyri-hökumət və gənclər təşkilatları ilə əməkdaşlıq edəcək. Sayt hələlik yalnız Azərbaycan dilində fəaliyyət göstərir.
Yaxın vaxtlarda saytın rus dilində də versiyası olacaq. Saytın yaradılması ideyası “Tolerance” İnsan Hüquqlarının Müdafiəsi İctimai Birliyinin gənc fəallarına məxsusdur. Sayt “Azərbayt” İnternet İstifadəçiləri Birliyi tərəfindən hazırlanıb.