Fontu böyüt:
Berkley Universitetinin Kompüter Mühəndisliyi Kafedrasının rəhbəri, ABŞ-da yaşayan dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə Bakıya gəlib.
Paytaxtda azərbaycanlı alimin bir sıra görüşləri, eləcədə Bakutel 2008 beynəlxalq telekommunikasiya sərgi və konfransında iştirakı nəzərdə tutulub.
Süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin əsasını qoymuş Lütfi Zadə 1921-ci ildə Bakıda anadan olub. 1944-cü ildə Tehran Universitetini elektrik mühəndisliyi fakültəsini bitirir və həmin vaxtdan 1959-cu ilədək ABŞ-ın Massaçusets Texnologiya İnstitutunda çalışır. Magistr, elmlər doktoru, professor dərəcəsini alandan sonra Lütfi Zadə Kolumbiya Universitetində çalışır. 1959-cu ildən bu günə kimi görkəmli azərbaycanlı alim Lütfi Zadə Kaliforniyanın Berkley Universitetində elmi fəaliyyətlə məşğuldur.
Mənbə: mincom.gov.az