Fontu böyüt:
Azərbaycan Dövlət Radiotezliklər İdarəsi (DRİ) ölkə regionlarında televiziya və radio kanallarının keyfiyyətini yoxlayacaq.
DRİ-dən verilən məlumata görə, İdarənin radiomonitorinq şöbəsinin mütəxəssisləri DMŞ ilə razılaşdırılmış qrafikə uyğun olaraq ölkə ərazisində TV və FM kanallarının yayım keyfiyyətini yoxlamaq məqsədilə Biləsuvar, Cəlilabad, Masallı, Lənkaran, Astara, Lerik və Yardımlı rayonlarına ezam olunub.