Fontu böyüt:
Batareya texnologiyasında yeniliklər davam etməkdədir. Sony indi də qazlı içkilər vasitəsilə enerji yığan batareyalar təqdim edir. Səyahətə çıxanda yanınızda olan cihazın enerjisi artıq bitməyəcək.
İçdiyiniz kolanın bir qismini saxlayaraq musiqisiz qalmaqdan canınız qurtaracaq. Son zamanlar batareya sənayesində əhəmiyyətli addımlar atılır. “Samsung”un heç bitməyən batareyaları, “Qualcomm”un kabelsiz enerji vermək imkanı təqdim etməsi artıq məlumdur. İndi isə Sony üçün işləyən tədqiqatçılar batareyaları kola ilə şarj etmə üsulunu kəşf etdilər.
“Sony”nin bioloji batareyaları əslində yeni bir icad deyil, amma son 2 ildə davam edən işlər bu xüsusiyyətin böyük əhəmiyyət kəsb etdiyini göstərir. Batareyalar bu həftə Tokioda sərgilənib.
“Sony”nin bioloji batareyaları 28 kkal kola istifadə etməklə 700 mvtt elektrik çıxara bilir. Əvvəlki modeldə isə eyni nisbətdə kola ilə ancaq 35 mvtt elektrik çıxarmaq mümkün idi. Sony bu bateriyaların daşına bilən cihazlar üçün uyğun olduğunu göstərir.