İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Facebook Azərbaycan dili və Problemləri

10.07.2010 [14:29]

Fontu böyüt:      

Facebook Azərbaycan dili ilk dəfə “Translations” (Tərcümələr) tətbiqetməsində yerləşdirilən çoxsaylı təkliflərdən sonra tərcümə edilə bilməsi üçün 2008-ci ilin oktyabr ayında istifadəçilərə təqdim edildi. İlk tərcüməçilər arasında mən də var idim və o vaxtdan bəri hardasa 30 mindən çox ifadə və söz tərcümə etmişəm və indiyə qədər də tərcümə davam edir.

Facebook Azərbaycan dili ilk dəfə “Translations” (Tərcümələr) tətbiqetməsində yerləşdirilən çoxsaylı təkliflərdən sonra tərcümə edilə bilməsi üçün 2008-ci ilin oktyabr ayında istifadəçilərə təqdim edildi. İlk tərcüməçilər arasında mən də var idim və o vaxtdan bəri hardasa 30 mindən çox ifadə və söz tərcümə etmişəm və indiyə qədər də tərcümə davam edir. Hal-hazırda tərcümədə 651 nəfərin iştirak etdiyi görünür ancaq bunların əksəriyyəti çox da aktiv iştirak etmir. Tərcümənin 2 ilə yaxın davam etməsinə baxmayaraq tərcümə hələ də bitmiş deyil, 2-ci mərhələnin (3 mərhələdən) 82%-i tamamlanıb. Onu da qeyd edim ki, tərcümə bəzi sayacağım səbəblərdən dolayı çox da yüksək səviyyədə aparıla bilinmir. Tərcümənin çox pərakəndə şəkildə aparılması, tərcümədə hər kəsin asanlıqla iştirak edə bilməsi (ingilis və azərbaycan dili səviyyəsindən eləcə də tərcümə təcrübəsindən və “xoşniyyətli” olub-olmamasından asılı olmayaraq) və mərkəzi bir idarə sistemi olmaması bəzi məqamlarda tərcümənin keyfiyyətini düşürür.

Yaxınlarda Facebook-un bu açığından istifadə edərək İnci Sözlük adlı Türkiyəli olduğu bilinən onlarla avara gəncdən ibarət bir qrup Facebook Türkcəyə hücum etdi. Bu qrup ən çox görünən sözlərə öz reklamlarını etmək məqsədilə səviyyəsiz və tərbiyəsiz sözlərlə əvəzləyib çox səs verərək bu sözləri milyonlarla Facebook Türkcə istifadəçilərinin səhifələrinə çıxartdılar. Türkcə tərcümənin daha peşəkar bir qrup tərəfindən aparılması və Facebook Türkiyə təmsilçilərinin səyi nəticəsində bu problem aradan qaldırıldı və tərcümə istifadəçilərə bağlandı. Təəssüf ki, bu hadisədən sonra bu qrup Facebook Azərbaycan dilinə keçdi. Bununla əlaqəli şəkillər yerləşdirilmişdi amma təəssüf ki tapa bilmədim bu vandalizmin şəkillərini. Əsas hadisələr isə bundan sonra başladı. İnci Sözlüyün qurucularının erməni əsilli olduğunu iddia edən bir neçə “patriot” bir qrup (Qrup bu gün şikayətlər nəticəsində Facebook rəhbərliyi tərəfindən bağlandı) qurararaq bu vandalizmin eynisini Facebook erməni dilinə etməyə başladı (Qeyd: Qrupa baxanda adamın ağlına gələn ilk şey ermənilərin etdiklərinə inandıqları işlərin şəkillərini görmək olur amma təəssüf ki bu cür faktları göstərmək belə ağıllarına gəlməyib baxmayaraq ki, erməni qruplarında bol-bol bu haqda şəkillər var. Bu da işin nə qədər kortəbii və plansız olduğunu göstərir). Son 1 həftənin tərcüməçiləri arasında olanlar Facebook Tərcümələr tətbiqetməsində göründüyü üçün bu biabırçı tərcümələrin kimlər tərəfindən edildiyini görmək mümkün idi. İşin içində İnci Sözlüyün üzvlərinin olduğu açıq aşkar görüldüyü halda (hətta bir neçəsini şikayət edib bağlatdırdıq) bunun ermənilər olduğunu iddia edənlər öz “missiyalarını” uğurla başa çatdırdı (Şəkil 1, 2 və 3) hətta bu bir neçə erməni xəbər mənbələrində də xəbərə çevrildi. Amma bunun nəticəsini fikirləşməyən ağıllı patriotlarımız indi azərbaycan dili tərcüməsini ermənilərin hədəfinə çevirib. Bu haqda Facebook Tərcümə Cəmiyyətində (Translation Community) tərcüməçilər arasında qızğın müzakirəyə baxmayaraq problem hələ də həll olmuş deyil. Artıq ermənilər aktiv şəkildə yanlış tərcümələr edərək buna qarşılıq verməyə başlayıb (Şəkil 1 və 2). Bu işin maraqlı tərəfi odur ki, əksəriyyəti işin mahiyyətini dərk etmədən patriotluq adı altında nəticəsini fikirləşmədən işlər görürlər. Bu təkcə azərbaycanlıların xəstəliyi deyil təəssüf ki. Yaxın günlərdə ermənilər də buna bənzər bir səviyyəsizlik etmişdilər məşhur “Google Earth” vasitəsilə.

Mən bu cür “cyberwar” adı verilən fəaliyyətlərə qarşı deyiləm hətta çox labüd hesab edirəm ermənilərin internetdə yaydığı  dezinformasiyaları nəzərə aldıqda amma ediləcək işləri də məntiq çərçivəsi daxilində və nəticələrini fikirləşərək planlı şəkildə etmək lazımdır ki sonra uşaq davasına çevrilməsin.

Elşən Həsənov http://azerdict.com/blog/2010/07/facebook-azərbaycan-dili-və-problemləri/


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar