21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi milli rabitə peykinin buraxılmasına dair xidmətlər göstərən şirkətlərlə danışıqları başa çatdırır. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sözlərinə görə, peykin 2011-ci ildə orbitə çıxarılması planlaşdırılır, bununla yanaşı orbitə çıxarılma bir neçə ay ləngiyə bilər.
“Peykin istehsalçısı ABŞ-ın Orbital şirkəti müqavilə üzərində işləri başa çatdırıb və hazırda bizim əsas danışıqlarımız daşıyıcı-raket istehsalçıları və sığorta şirkətləri ilə aparılır. İşlər dörd məsləhətçi-şirkətin iştirakı ilə çox intensiv həyata keçirilir. Proqramda ilin sonuna kimi bütün müqavilələrin imzalanması nəzərdə tutulur”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, Orbital şirkəti bağlanmış müqavilənin əsas şərti Azərbaycan mütəxəssisləri üçün ABŞ-da treninqlərin keçirilməsi və peykin istehsalına nəzarət edilməsidir. Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” 4 noyabr 2008-ci il tarixli 27 nömrəli Sərəncamına uyğun olaraq “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nı təsdiq edib. Yeni sərəncama əsasən Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvalə edilib. Bu tədbirlərin həyata keçirilməsi Dövlət büdcəsi vəsaiti, habelə qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.
Proqramda 2009-2010-cu illərdə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı üzrə müvafiq qurumun yaradılması və fəaliyyətinin təmin edilməsi, peyk şəbəkə və sistemləri, onların idarə edilməsi və istismarı üzrə müvafiq normativ hüquqi sənədlərin hazırlanmasına dair təkliflərin verilməsi və tədbirlərin görülməsi, peyk xidmətlərinin göstərilməsi üçün imkanların artırılması planının hazırlanması nəzərdə tutulur.
Bu zaman 2009-cu ildə peyk üçün optimal orbital mövqe seçilməli və peykin orbitə çıxarılması üçün texniki-iqtisadi əsaslandırma hazırlanmalıdır. 2010-cu ildə peykin idarə edilməsi və istismarı üzrə yerüstü sistemin quraşdırılması, 2011-2012-ci illərdə isə peykin orbitə çıxarılması nəzərdə tutulur.