İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

İnternet Medianın problemləri

29.05.2010 [03:51]

Fontu böyüt:      

Azərbaycan internetlə 1990-cı illərin sonlarında tanış olmağa başlayıb. 1996-97-ci illərdən sonra ilk internet media resursları yaranıb. Azərbaycan İnternet Forumunun məlumatına görə, hazırda ölkədə 100-yə yaxın internet media resursu fəaliyyət göstərir, amma onlardan təxminən 50-sinin fəaliyyətini internet media üçün qəbul olunan parametrlərə uyğun hesab etmək olar.

Xəbərlər.az saytı İnformasiya Cəmiyyətinin Jurnalisti ” müsabiqəsində 2-ci yeri tutmuş Ülviyyə Şamilqızının "İnternet Medianın problemləri" adlı məqaləsini təqdim edir

İnternet Medianın problemləri

Azərbaycan internetlə 1990-cı illərin sonlarında tanış olmağa başlayıb. 1996-97-ci illərdən sonra ilk internet media resursları yaranıb. Azərbaycan İnternet Forumunun məlumatına görə, hazırda ölkədə 100-yə yaxın internet media resursu fəaliyyət göstərir, amma onlardan təxminən 50-sinin fəaliyyətini internet media üçün qəbul olunan parametrlərə uyğun hesab etmək olar. Ölkədə əksər populyar qəzetlərin və informasiya agentliklərinin saytları var. Ölkədə internet saytların aylıq auditoriyası təxminən 200-300 min nəfərdir. Rəsmi məlumatlara görə, ölkə üzrə cəmi 900 min nəfər (12 faiz) əhalinin internetə çıxışı var. Onlara 32 internet provayderi xidmət edir. İstifadəçilərin böyük əksəriyyəti internetə Dial-up vasitəsilə 56 kilobit/san. sürətlə qoşulur ki, bu da qlobal şəbəkənin imkanlarından geniş istifadəni çətinləşdirir.
Ümumiyyətlə, ekspertlər hesab edirlər ki, Azərbaycanda internet mediasının tənzimlənməsi ilə bağlı qanunvericilikdə ciddi problem mövcud deyil. Bu isə o deməkdir ki, sözügedən sahənin məzmun baxımından tənzimlənməsi üçün hər hansı qanunvericilik təşəbbüsünə ehtiyac yoxdur. Sadəcə olaraq, mövcud olan qanunları müəyyən qədər inkişaf etdirmək olar.
Qeyd edək ki, ölkədə İnternet mediasının məzmun baxımından tənzimlənməsi ilə bağlı qanunvericilik bazasını yetərli hesab etmək olar. Çünki KİV haqqında qanunda medianın digər subyektlərinə aid edilən tənzimləmə internet mediasına da aiddir. Məsələn, hansısa özəl məlumatı yaymaq və ya kimisə təhqir etmək qəzet üçün hansı hüquqi məsuliyyətdirsə, internet saytı üçün də həmin məsuliyyəti yaradır. Mütəxəssislərin fikrincə, burada yalnız "Diffamasiya haqqında" qanunun qəbulunu sürətləndirmək lazımdır.

İnternet medianın məsuliyyəti

"İREX-Azərbaycan" media təşkilatının hüquqşünası Ələsgər Məmmədli hesab edir ki, internet media qanunvericilikdə subyekt olaraq qəbul olunub. Hüquqşunasın sözlərinə görə, bu sahə "KİV haqqında" qanunun əsas anlayışlarına istinad edir: "Həmin bölmədə kütləvi informasiya vasitələrinin formaları göstərilib: dövri mətbu nəşrlər - qəzet, jurnal, toplu, bülleten və başqa nəşrlər; teleradio proqramları; informasiya agentlikləri; internet; kinoxronika proqramları və digər yayım formaları. Göründüyü kimi, Azərbaycan qanunvericiliyində internet medianın bir qolu olaraq qəbul edilib və bu sahədəki tənzimləmələrə media aspektindən baxmaq lazımdır. Bu isə o deməkdir ki, kütləvi informasiya vasitələrinin hüquq və vəzifələrinə dair qanunvericilikdəki normalar teleradiolara, mətbuata, informasiya agentliklərinə şamil olduğu qədər internet üzərindən yayımlanan bütün formalı yayımlara da aiddir. Ümumiyyətlə, İnternet medianın imkanları daha genişdi. Belə ki, ənənəvi mediadan fərqli olaraq internet media məzmun baxımından tamamilə "KİV haqqında" qanunun müddəlarına tabedir. Burada informasiyanı qarşlıqlı olaraq həm yaymaq, həm də qəbul etmə imkanı var. Amma hüququ baxımından şəxsi həyata müdaxilə, istərsə də dövlət sirri məsələsində yazılı medianın məsuliyyəti necədirsə, İnternet Mediada da o cürdür. Amma burada da ciddi şəkildə məsuliyyətsizlik var. Belə yayılma nəticəsində birilərinə mənəvi, maddi, yaxud başqa formada ziyan dəyir. İnternet Media ilə bağlı qanunda sadəcə olaraq boşluq var. Bütövlükdə internetdə fəaliyyət göstərən heç bir kəsə məhdudiyyət yoxdur. Ölkədə yalnız qanunsuz fəaliyyət göstərdikləri üçün qapadılan saytlar olub. Hazırda mövcud olan qanunvercilik normaldır. Burada yalnız "Diffamasiya haqqında" qanunun qəbuluna ehtiyac var".

İnkişaf etməkdə olan media sahəsi

İnternet mediasının təmsilçilərinin dediklərinə görə isə Azərbaycanda bu sahənin çox ciddi problemləri var. Bu problemləri necə həll etməli? İnternet mediasını tənzimləməyə ehtiyac varmı? Rəsmi nümayəndələr çıxışlarında vurğulayırlar ki, internetdə hansısa zərərli informasiyalar, təhqirlər və digər bu kimi məsələlər yer aldığı üçün sözügedən sahəni tənzimləməyə ehtiyac var. Amma ekspertlərin qənaətinə görə, internet mediasını tənzimləməyə cəhd göstərmək əsassızdır. Çünki bu məsələlərlə bağlı qanunvericilik var. "KİV haqqında" qanun, İnzibati Xətalar Məcəlləsi, Cinayət Məcəlləsinin müvafiq maddələri, "Uşaq hüquqlarının müdafiəsi haqqında" qanunun müddəaları internetdə ortaya çıxacaq belə problemləri tənzimləməyə yetir.
"Lent.az" internet portalının baş redaktoru Qabil Abbasoğlunun qənaətinə görə, Azərbaycanda internetin texniki, iqtisadi şərtləri, infrastrukturu ilə bağlı çox ciddi problemlər var: "Bu sahədə tənzimləyici bir qanunun qəbul olunması əlbəttə çox müsbət haldır. Doğrudur, hazırda internetin səviyyəsi bir o qədərdə arzuolunan səviyyədə deyil. Eyni zamanda bu sahədə mühüm problemlərdən müəlliflik hüquqlarının qorunmamasıdır. Mətbuat etikasının gözlənilməsi internet mediada başqadır. Burada xəbəri asanlıqla oğurlamaq, xəbərin mənbəyinin dəyişilməsi, danmaq yolu xəbəri mənimsəmək olur. Burada olan texniki problemlərə diqqət yetirsək, onun həlli bu sahənin daha çox inkişafına təkan verərdi. Rabitə Nazirliyinin bu sahədəki fəaliyyətini təqdirəlayiq hesab etmək olmaz. Çünki bu sahədə baş verən istənilən texniki məsələlərin, eləcə də digər problemlərin həllini müxtəlif pravayderlərin ixtiyarına buraxmaq olmaz. Dövlətin internet mediaya ayırdığı vəsaitdən daha səmərəli istifadə etməklə bu sahənin inkişafına nail olmaq olar. Bütövlükdə internet media yazılı kimi digər KİV-dən fərqli olaraq, daha dəqiq və surətli olmalıdır. Hazırda ölkədə Mətbuat Şurası yazılı medianın fəaliyyətini tənzimləyir. Amma internet media ilə bağlı belə bir qurum yoxdu. Bu vacib deyil ki, bununla bağlı konkret komitə fəaliyyət göstərsin. Sadəcə dövlətin bu sahədə apardığı siyasəti apara bilən dövlət orqanı olmalıdır. Bu baxımdan inkişaf etmiş ölkələrdən fərqli olaraq Azərbaycanda internet media inkişaf etməkdə olan media sahəsidir".

Hakkerlər saytları dağıda bilir

"Gənc Liderlər" UGT-nin sədri, Qaynar.info internet portalının baş redaktoru Fərid Şahbazlı bildirdi ki, bu gün Azərbaycanda İnternet Mediasının hüquqi statusu hələ də qaranlıq olaraq qalmaqdıdır: "Ölkədə informasiya haqqında qanun olsa da orada internet mediası ilə bağlı konkret məqamlar yoxdur. Bu da nəticədə ona gətirib çıxarır ki, Azərbaycanda saytlar bir informasiya agentlikləri, qəzet kimi Ədliyyə Nazirliyindən qeydiyyatdan keçirilmir. Yalnız MMC kimi qeydiyyatdan keçirilir, bu da bir sıra hallarda problemlər yaradır. Bundan başqa, İnternet mediasının problemlərindən biri də internetin səviyyəsi ilə bağlıdır. Məlum olduğu kimi ölkədə internetin qiyməti kifayət qədər yüksək olsa da, keyfiyyət çox aşağıdır. Onsuz da maddi cəhətdən çətinlik çəkən Azərbaycan mətbuatı və onun tərkibində olan internet mediası internetin keyfiyyətsizliyindən, bahalığından əziyyət çəkir. İnternet haqqı 500 manatdan çox olur. Amma keyfiyyət heç də bu qiymətə uyğun deyil. Bu gün ölkədə kibercinayətkarlıq ciddi yayılıb. İstənilən hakker qrupu onları qane etməyən yazıya görə istədikləri saytı dağıda bilir. Bu da təbii ki, həmin saytın redaksiyasına çox ciddi zərər vurur (saytın yenidən yığılması, işinin və məhv olan arxivinin bərpası və s.) İnternet media inkişaf etmiş ölkələrdə onlayn-tv kimi fəaliyyətə başlayıb. Azərbaycan internet mediasında isə texniki imkanlar bizim saytların bu şəkildə xəbər çatdırmasına mane olur".


Fərid Şahbazlı vurğuladı ki, internet mətbuatın ayrılmaz bir hissəsidir: "Qəzetlər bunu etiraf etməsə də, bu gun internet media qəzetlərə rəqibdir. Ölkədə bir neçəsini çıxmaq şərtilə qəzetlər satılmadığı üçün oxucuları da yoxdur. Amma yeni fəaliyyətə başlayan saytın oxuculari daha çox olur. Əlbəttə ki, bu sahədə tənzimləyici qanuna ehtiyac var. Bu o demek deyil ki, qanun internet mediasının fəaliyyətinə təsir etməli, onun inkişafını məhdudlaşdırmalıdır. Əksinə onlayn medianın inkişafına təkan verməklə yanaşı, orada əksini tapacaq məqamlar bu sahənin daha da təkminləşməsinə və inkişafına yardım etməlidir. Bir çoxları hesab edir ki, belə qanunun qəbulu internet medianın imkanlarını məhdudlaşdırır. Qanun qəbul olunmalıdır, amma bu sahədə fəaliyyət göstərənlərin fəaliyyətini məhdudlaşdırmadan. İnternet medianın əsas çətinlikləri ictimaiyyətə çatdırılacaq məlumatların geniş verilə bilməməsidir. Burada oxucu 500-1000 işarədən artıq yazını oxumur. Daha sonra informasiyanın dəqiqləşdirilməsində də çətinliklər olur. Bəzən də informasiya dəqiqləşdirilməmiş yerləşdirildikdə sonradan ciddi problemlər yaradır. Ölkədə bu sahə bazarının liberallaşmasına ehtiyac var".

İnternet medianın hər hansı statusu yoxdur

Ekspertlər düşünürlər ki, ölkədə bütövlükdə rabitə üzərində monopoliya mövcud olduğu üçün rəqabət yoxdur. Daha sonra interneti ölkəyə gətirən şirkət bu sahəni monopoliyaya alıb. Halbuki istənilən ölkədə interneti 10-20 mənbədən almaq mümkündür, belə olan halda heç vaxt inhisarçılıq ola bilməz. Eyni zamanda ölkədə internet mediasının məhkəmə problemləri də var. İnternetə nəzarətin mümkünlüyü ilə bağlı fikirlərini öyrəndiyimiz Parlament Jurnalistləri Birliyinin rəhbəri və "Modern.az" saytının baş redaktoru Elşad Eyvazlı deyir ki, internet media sahəsində ciddi addımların atılmasına ehtiyac var: "Bu gün internet medianın hər hansı bir statusu yoxdur. Azərbaycanda hələ bilinmir ki, internet saytlarının mediyaya aidiyyatı var, yoxsa yox. İlk növbədə sözügedən sahədə bu məsələnin tənzimlənməsinə ehtiyac var. Digər maraqlı bir məqam isə ondan ibarətdir ki, əksər hallarda bir çox saytlarda biabırçı materialların yerləşdirilməsini görürük. Məhz bu amilləri nəzərə alaraq hansısa formada internet mediaya nəzarəti həyata keçirmək mümkündür. Ancaq mən internet medianın əl-qolunun bağlanmasının da tərəfdarı deyiləm. İnternet saytlarına rəsmən elektron media statusunun verilməsi və internet medianın fəaliyyəti ilə bağlı parlamentdə qanun layihəsinin müzakirəyə çıxarılmasının tərəfdarıyam. Amma onu da vurğulamaq istəyirəm ki, bu gün ciddi saytlarımız mətbuatla bağlı qanunların tələblərindən kənara çıxmır. Hətta bəzən yazılı mətbuatdan daha çox online media qanuna əməl edir. Bir daha qeyd edirəm ki, söhbət ciddi internet saytı kimi qəbul olunan qurumlardan gedir. Bunların sayı isə 5-6-dır. Qeyri-ciddi saytların sayı isə minlərlədir. Məhz bunu nəzərə alaraq hər hansı bir formada nəzarətin həyata keçirilməsini dəstəkləyirəm".

 


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar