Fontu böyüt:
Nar mobile öz şəbəkə abunəçilərinə rabitə xidmətlərinin ödəmələrini real vaxt rejimində həyata keçirmək imkanları təqdim edib. Bu barədə məlumatı xeberler.az-a şirkətin baş ofisindən bildiriblər.
Xidmət http://nar.goldenpay.az/nar/ internet saytında internet şəbəkəsi vasitəsilə təqdim edilir.
Yeni On-line ödəmə xidməti Nar Mobile ödəmə sistemini asanlaşdırır, belə ki, vaxtdan və məkandan asılı olmayaraq balansı artırmaq olar.
Layihə “GoldenPay” şirkəti ilə həyata keçirilib və ödəmə üçün Visa və Mastercard plastik kartlarının istifadəsini nəzərdə tutur.
Abunəçinin ödəmə həyata keçirməsi barədə məlumat bir neçə saniyə ərzində elektron poçt və SMS vasitəsilə əldə olunur.
Xatırladaq ki, “GoldenPay” sisteminin 2008-ci ilin dekabr ayında “SilverKey Azərbaycan” şirkəti (www.silverkey.az) tərəfindən Azərbaycanın ilk internet ödəmə sistemi kimi təqdimatı olunmuşdur. Bu sistem fəaliyyət göstərmək üçün “Visa” və “MasterCard” beynəlxalq ödəmə sistemləri tərəfindən lazımı tələblərə cavab verir. GoldenPay “Verified by Visa” və “Mastercard SecureCode” lisenziyalarının sahibidir. Təhlükəsizliyin yüksək səviyyədə olması üçün GoldenPay sistemi “VeriSign SSL” şifrələnməsindən istifadə edir