İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Milli Net 2010 Müsabiqəsinin yekunu ilə bağlı Təqdimat mərasimi dekabrın əvvəli olacaq

09.10.2010 [16:36]

Fontu böyüt:      

Bu gün Milli Net Təşkilat Komitəsinin toplantısı keçirilib. Toplantıda Müsabiqəyə təqdim olunan bir neçə resurs ətrafında aparılan onlayn müzakirələrin Qaydalar çərçivəsindən kənara çıxması qeyd olunub
Bu gün Milli Net Təşkilat Komitəsinin toplantısı keçirilib.

Toplantıda Müsabiqəyə təqdim olunan internet resursların Qeydiyyatı prosesinin gedişi, Milli Net –ə daxil olan müraciət və şikayətlərlə bağlı məsələlər müzakirə olunub.
Müzakirələrdə millinet.az saytında aparılan təkmilləşdirmələr haqqında məlumat verilib. Qeydiyyat prosesinin daha asan qurulması, istifadəçilərlə çevik informasiya münasibətlərinin qurulması istiqamətində atılan addımlar, saytların normal müzakirə mexanizminin yaradılması, ötən ilki iştirakçıların millinet.az -a sərbəst daxil olmaq imkanlarının təmin edilməsi müsbət dəyərləndirilib.

Müsabiqənin gedişində aktivliyin artırılması istiqamətində tədbirlərin keçirilməsi məqsədəuyğun hesab edilib. Bu istiqamətdə populyar internet resurslarda məlumat-reklam işlərinin təşkili, bir sıra qurumlara fərdi qaydada müraciətlərin edilməsi, bir sıra digər maarifləndirici tədbirlərin keçirilməsi vacib hesab olunub.

Müzakirələrdə istifadəçilar tərəfindən Təşkilat Komitəsinə ünvanlanan müraciətlər, şikayətlər və təkliflərlə bağlı məlumat dinlənilib. Müsabiqəyə təqdim olunan bir neçə resurs ətrafında aparılan onlayn müzakirələrin Qaydalar çərçivəsindən kənara çıxması qeyd olunub. Bir neçə iştirakçıya şərhlərin yazılması zamanı Qaydaların pozulması ilə bağlı xəbərdarlıq edildiyi bildirilib. TK bu tip resurslarda bəzi şərhlərin silinməsi və redaktəsi ilə bağlı atılan addımları düzgün qiymətləndirib. Müzakirələrdə yenidən edilən müraciətlər əsasında bir sıra hallarda qeydiyyatdan keçən saytların Nominasiyalarında dəyişikliklər aparıldığı bildirilib.

Qeydiyyatından imtina edilən saytlarla bağlı Moderatorların məlumatları dinlənilib. Bu cür saytları təqdim edənlərlə Moderatorlar və TK vasitəsilə intensiv yazışmaların aparıldığı, qeydiyyatından imtina olunan saytların bir çoxunda qüsurların aradan qaldırılmasından sonra yenidən müraciət əsasında təsdiqlənməsi haqqında məlumatlar verildi. Müzakirələrdə xeyli sayda saytların hələlik qeydiyyatdan keçiməməsinin səbəbinin də Milli Net –in kodunun saytda yerləşdirilməməsi, Azərbaycan dilli versiyasının olmaması və zərərli informasiyaların saytda yer alması ilə bağlı olduğu vurğulanıb.

Müzakirələrdə Müsabiqənin daha uğurla və effektiv formada başa çatdırılması üçün Müsabiqə mərhələlərində müəyyən dəyişiklər edilməsi məqsədə uyğun hesab olunub. Milli Net 2010 –nun Qeydiyyat prosesinin cari ilin 20 Noyabr tarixində yekunlaşdırılması nəzərdə tutulub.

Təqdim olunan resursların Qiymətləndirmə prosesinin 20 Noyabr – 5 dekabr arasında keçirilməsi və qaliblərin mükafatlandırılmasından ibarət olan yekun Təqdimat mərasiminin dekabrın birinci ongünlüyündə keçirilməsi planlaşdırılıb.

Müsabiqəyə Delta Telecom, Azercell və HP şirkətləri tərəfindən dəstək verilir.

Xeberler.az/Günel
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar