İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“İctimai informasiya Mərkəzləri infrastrukturunun yaradılması: problemlər və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib

15.12.2008 [18:09]

Fontu böyüt:      

Bu gün Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən Azərbaycan Media Mərkəzində “İctimai informasiya Mərkəzləri infrastrukturunun yaradılması: problemlər və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib.

Bu gün  Multimedia İnformasiya Sistemləri  və Texnologiyaları Mərkəzi tərəfindən Azərbaycan Media Mərkəzində  “İctimai informasiya Mərkəzləri infrastrukturunun yaradılması: problemlər  və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib.

Dəyirmi Masada Multimedia Mərkəzinin direktoru, layihənin rəhbəri Osman Gündüz “Dövlət qurumları tərəfindən elektron formada təqdim olunan xidmətlərin monitorinqinin nəticələri” mövzusunda və İREX -Media  qurumunun nümayəndəsi , Layihənin eksperti Ələsgər Məmmədlinin  “İctimai İnformasiya mərkəzləri İnfrastrukturunun yaradılması ilə bağlı təkliflər” mövzusunda təqdimatları olub.

Dövlət qurumlarının, özəl və ictimai sektorun təmsilçilərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi Dəyirmi  Masada informasiya  azadlığının gerçəkləşməsi üçün qanunvericilikdə yaradılması nəzərdə tutulan  İctimai informasiya Mərkəzlərinin formalaşması sahəsində mövcud  vəziyyət  və problemlər ətrafında müzakirələr  aparılıb.

Müzakirələrdə İctimai Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev, ”İnam” Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi, Ombudsman Aparatının nümayəndəsi Tağıyev Nəcəf, Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, BDU-nun jurnalistika fakültəsinin kafedra müdiri Cahangir Məmmədli, YYSQ-nin sədri Aydınxan Əbilov, Xəzər TV-nin  nümayəndəsi Qulu Məhərrəmli, USAİD –in nümayəndəsi Ülvi İsmayıl  və digər nümayəndələr çıxış ediblər. Müzakirələr  zamanı ölkədə informasiya azadlığının gerçəkləşməsi istiqamətində qanunvericilikdə nəzərdə tutulan addımların bir qismi reallaşsa da, əslində  bu sahədə xeyli problemlərin olması qeyd  olunub.

Xüsusilə,  İnformasiya müvəkkili İnstitutunun yaradılmaması, dövlət  qurumlarının informasiya  resurslarının qanunvericiliyin tələblərinə cavab verməməsi, hökumət tərəfindən elektron xidmətlərin yaradılması ilə bağlı sahəyə diqqətin yetərli olmaması, vətəndaşların  informasiya tələbatının olmaması haqqında fikirlər irəli sürülüb.

Tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası  tərəfindən dəstəklənən “İnformasiya  azadlığının inkişafı üçün çevik və effektiv mexanizmlərin yaradılması”  Layihəsi çərçivəsində keçirilib.

Daha  geniş məlumat www.informasiya.org  saytında yerləşdirilib. 
  


xeberler.az /Nigar İmanlı
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar