İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Elşad Yusifli: “Dublin sammitinə 28 min insan qoşulmuşdu”

27.11.2014 [09:53]

Fontu böyüt:      

Tədbirdə Azərbaycanı təmsil etmiş alkredit.az , nettrends.az layihələrinin rəhbəri, İT mütəxəssisi Elşad Yusifli Dublin səfərinin detalları ilə bölüşüb.

Hər il dünyanın nəhəng İT şirkət, proqram təminatı, axtarış sistemi, sosial şəbəkə nümayəndələrinin toplaşdığı bir məkan var: İrlandiyanın paytaxtı Dublin. Burada noyabr ayında 10 minlərlə texnoloji sahə ilə əlaqəli insan toplaşır, ideyalarla bölüşürlər. Artıq 2-ci ildir Azərbaycanın da nümayəndələri Dublin Veb sammitinə qoşulurlar. Tədbirdə Azərbaycanı təmsil etmiş alkredit.az , nettrends.az layihələrinin rəhbəri, İT mütəxəssisi Elşad Yusifli Dublin səfərinin detalları ilə bölüşüb. 

- Dublinə əsasən alkredit.az layihəsi ilə getmişim. Rəşad Əliyev “Bethclip”, Dilarə Rüstəmzadə “TuningFork”, İlqar Tağıyev “MedNot” startap layihələrini veb sammitdə  təqdim etdilər. Ötən ilə nisbətən bu il daha möhtəşəm keçdi. Ora dəvətlə gedəndə daha asan başa gəlir, amma bu il bir az tələsik oldu deyə elə öz təşəbbüsümlə Dublinə yollandım. Mən maliyyə ilə bağlı layihələrə baxdım, dünyada buna qısaca “fintech” deyirlər. Yəni “finans” və texnologiyanın birləşməsi.

- Oxşar layihələr varmı?

- Əlbəttə az deyil. Dünyada elektron ticarət çox inkişaf edib, bir çox layihə ödəmə ilə əlaqəlidir. Yəni mobil telefon, kartdan ödəmə, təhlükəsiz ödəmənin müxtəlif yolları axtarılır. Bir ölkədən başqa ölkəyə pul köçürmələri əhəmiyyət kəsb edir. “İnternetdən alış-veriş edirəm, ödəməni necə reallaşdırım” sualı hamını düşündürür.

- Yəqin dünyada alkredit.az kimi, yəni bir platformada banka getmədən kredit əldə etmək imkanı verən layihə çoxdan var.

- Dünyada belə layihələr kifayət qədərdir. Ölkədə xeyli gerilik var bu sahədə. Hamıda 10 ildir artıq olan onlayn müraciət bizdə hələ yoxdur. Azərbaycanda qlobal layihə reallaşdırmaqdansa, elə ortada olan qüsurları gərək aradan qaldıraq. Bazar dolmalıdır ki, sonra keçək daha qlobal texnologiyalara. Məsələn, virtual portmane kimi. Bizdə bir “Axundov qrup” var, düzəldir bunu.

- Nəyə xidmət edir bu virtual portmane?

- İnternetdə “WebMoney”, “PayPal”, “Yandeks denqi” kimi belə portmanelər çoxdur. Ora pul yerləşdirilir. Bütün alış-veriş oradan reallaşır, daha hər yerdə bank hesablarınızın izini qoymursunuz. Həm əlverişlidir, həm də bu sistemlər də kifayət qədər təhlükəsizdir.

- Daha nə maraqlı layihələrlə maraqlandınız?

- “Big data” problemi var hazırda dünyada, yəni məlumat sayı o qədər artıb ki, artıq məlumatda maraqlı tərəfə bu informasiyaları qarışıq yox, səliqəyə salınmış, analiz edilmiş vəziyyətdə çatdırmalısan. Bu məhsulunu reklam edən şirkətlərə çox vacibdir. İstifadəçi hara girib, hansı mövzu ilə maraqlanıb kimi məsələlərə diqqət yetirirlər. Hər bir kompüter izlənilir müxtəlif proqramlarla, bu məlumatlar toplanır bir data bazada, analiz edilir, istifadəçinin obrazı formalaşırdırılır, ona uyğun da reklam təqdim edilir.

- Veb sammitdə nə qədər iştirakçı vardı?

- Tədbirdə yalnız qeydiyyatdan keçən, stend quran 2600 startap gəlmişdi. Yəni öz innovativ biznes ideyasını dünyaya təqdim edən bu qədər iştirakçı vardı. Bunları da kateqoriyalara bölmüşdülər, deyək, musiqi, maliyyə, elektron ticarət və sair. Robot qurucuları, 3D printer yaradıcılarına da rast gəldim. Əgər ötən il bir böyük zal, 2 kiçik zal vardısa, bu il artıq əlavə bir binanı da kirayə etmişdilər. Həm startap, həm də şirkət çox idi. Dublin sammitinə 28 min insan qoşulmuşdu. Bizə belə dedilər.  

- Dublin kimi bir kiçik şəhər bu qədər insanı necə qəbul etmişdi?

- O əslində çox maraqlı məsələdir. Dublin balaca şəhərdir, bu başından o başına yarım saata gedərsən. Oteldən elə sərgi salonuna piyada da gedirdik. Di gəl, şəhərin turist qəbul etmək imkanları çoxdur. Çoxlu balaca “hostel”lər var, şəraiti normal, qiyməti də aşağı. Yəni 20 dollara, səhər yeməyi də daxil olmaqla təmiz, gözəl “hostel”lər boldur. Dublində böyük şirkətlərin nümayəndəlikləri də az deyil. Onların otellərlə müqavilələri var, yaxşı endirim edilir. Turist axını da böyükdür deyə, turizm sektoru dolanır. Google, Facebook-un əsas Avropa mərkəzləri İrlandiyadadır, bu səbəbdən həm də biznes insanlarının axını var bura.  

- Startaplardan əlavə hansı böyük şirkətlərin nümayəndələri sərgidə təmsil olunmuşdu?

- Dünyanın bütün əhəmiyyətli İT şirkətləri orada təmsil olunurdu. Twitter, Google, Facebook, İntel, HP – hamı oradaydı.

- Yəqin nəhəng şirkətlərin də öz maraqları var: ideya axtarırlar. Kiçik startapa ideya reallaşdırmaq çətindir, böyük şirkətlə yəqin iş birliyi qurmaq da olar.

- Texnoloji şirkətlərin bəzi investor qolları da gəlir sərgiyə. Bizdə hər il “Bakutel” sərgisi keçirilir, onların bu təcrübəsindən istifadə edilmir. Yəni Dublin sammitində sərgidən əlavə 4-5 dənə 500-1000 nəfərlik konfrans zalları var. Tədbir boyunca orada debat keçirilir, proqramı da hamıya girişdə paylanılır, hər şirkətin öz çıxışları olur. Kim istəsə, qoşula bilər. Məsələn,  “Twitter pulu necə qazanır” mövzusunda debat ola bilər, ya Google nümayəndəsi gəlir “big data” problemindən danışır. Çünki hər gün artan məlumat bazası bu şirkətin əsas problemidir, necə saxlamaq, hara yerləşdirmək, lazımsız  fayllardan necə yaxa qurtarmaq haqda danışılır. Həmin konfrans zallar ağzına kimi dolu olur.

- Nəsə bir maraqlı tanışlıq, əlaqə qura bildinizmi?

- Orada sistem belədir: hər 2-3 metrdən bir stend düzülür. Bu stendlərin arası ilə gəzib öz marağına uyğun layihə axtarırsan. Mənə maraqlı startaplarla əlaqə qurdum, tanışlıq etdim. Burada qarşılaşdığım bəzi problemləri onlardan soruşurdum. “Bunu necə həll etdiniz”, “bu çətinlikdən necə qurtuldunuz” suallarını verirdim. Hamı da açıqdır dialoqa, danışırdıq, bir-birimizə yardım edirdik.

İsmayıl Rafiqoğlu


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar