21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Xəbər verdiyimiz kimi ABŞ səfirlyinin dəvəti ilə ABŞ-ın Poynter İnstitutunun Multimedia and Mobil Xidmətlər fakultəsinin mütəxəssisi Regina Makkoms Bakıya gəlib. O İrəli İctimai Birliyində İrəli Media Akademiyasının tələbələri ilə görüşüb.
Görüş zamanı Regina Maccombs dünyanın ən məşhur sosial şəbəkəsi olan Facebook haqda maraqlı açıqlamalar verib.
Onun dediyinə görə, ABŞ əhalisinin 41%-nin facebook səhifəsi var, Türkiyə əhalisinin də facebooka marağı olduqca yüksəkdir. Qardaş ölkədə 23 milyona yaxın facebook istifadəçisi var. Amma Regina xanımın dediyinə görə, bu fəallığı Rusiyaya aid etmək olmaz. Rusiyada cəmi 1% insan facebookdan istifadə edir. Buna səbəb ölkədə odnoklasniki.ru və vkontakte.ru kimi məşhur şəbəkələrin olmasıdır.
Qafqaz respublikalarına gəldikdə isə burada Gürcüstanın aşkar üstünlüyü var. Gürcüstan əhalisinin 7,8% facebookdan istifadə edir. Azərbaycan və Ermənistan isə bu göstəricidə bir gedir. Hər iki ölkədən 3% insan facebookda qeydiyyatdan keçib.
Qonaq həmçinin qeyd edib ki, Facebookda ABŞ-da 4-cü nəhəng axtarış vasitəsidir. İlk üçlükdə isə Google, Yahoo və saytların ana səhifəsi gəlir.