Fontu böyüt:
Masallıda ATS binasının partlayışı nəticəsində şəhərdə stasionar rabitə xidmətində fasilə olmuş və yerli sakinlər əsasən mobil rabitə xidməti vasitəsilə əlaqə saxlayıblar.
Tələfata səbəb olan qəza və regionda rabitəyə artmış ehtiyacı nəzərə alaraq Nar Mobile Masallı sakinlər olan yeni abonentlər üçün 50 video/danışıq dəqiqəsi və 50 SMS təklif etmək qərarına gəlib. Təklif fevralın 09-dan fevralın 23-dək etibarlıdır. Pulsuz təklifdən yararlanmaq üçün yeni abunəçilər şəxsiyyət vəsiqələri ilə Nar Mobile-ın Masallıdakı diller və distribyutor məntəqələrinə müraciət etməlidirlər. Masallıdakı hadisə haqqında danışaraq Azerfonun Baş İcraçı Müdiri Yurgen Pitz bildirib: “Biz telefon qovşağının iki nəfər işçisinin ölümünə səbəb olan və şəhərdə stasionar telefon xidmətini kəsilməsi ilə nəticələnən qəzadan təəssüf hissi keçiririk. Biz həlak olmuşların ailələrinə başsağlığı veririk və yaralıların tezliklə sağalmasını arzu edirik. Masallı sakinlərinə onların rabitə ehtiyaclarına dəstək olmaq məqsədi ilə Nar Mobile bütün yeni abunəçilərə pulsuz 50 danışıq dəqiqəsi və 50 SMS təklif edir. Biz ümid edirik ki, bu, Masallı sakinləri üçün faydalı rabitə dəstəyi olacaq.
Nar Mobile öz müştərilərinə fövqəladə hallar zamanı dəstək olmağa çalışır. 2010-cu ilin iyun ayında Nar Mobile daşqınlardan zərər çəkmiş Azərbaycanın mərkəzi bölgələrini kəsintisiz mobil rabitə ilə təmin edib. Nar Mobile daşqın sahələrində şəbəkəni gücləndirmək məqsədi ilə əlavə texniki heyət və mobil baza stansiyaları cəlb edib.