Fontu böyüt:
“BMW” şirkəti 2013-cü ildə istehsal edəcəyi ekoloji model barədə ətraflı məlumat dərc edib.
Xeberler.az portalının “autotechnic.su” saytına istinadla xəbərinə görə, yeni hibrid avtomobil turbodizel + elektrik mühərriki vasitəsilə hərəkətə gətiriləcək. Hündürlüyü cəmi 1.24 m olan avtomobildə aerodinamika da çox gözəl alınıb. Avtomobilin alçaq olmasına rəğmən, yuxarı açılan qapılar salona rahat daxil olmağa imkan verir. Avtomobildə 3 mühərrik quraşdırılıb.
Dizel mühərrik və onun arxasında yerləşdirilən elektrik mühərrikindən güc qabaq təkərlərə ötürülür. Arxa oxda da 1 elektrik mühərriki quraşdırılıb. Aqreqatların ümumi qüvvəsi 320 at gücündən artıqdır. Avtomobilin 100 km-ə yanacaq sərfi 4 litrdən azdır. 100 km/saat sürətə çatmaq üçün isə 4.8 saniyə kifayətdir. Yeni modelin “i1” və ya “i100” adlanacağı ehtimal edilir.