İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

CATEL abonentlərini 150 manat ziyana salıb

01.05.2011 [00:39]

Fontu böyüt:      

Bir müddətdir ki, Azərbaycanın ilk CDMA mobil operatoru olan CATEL şirkətinin (“Fonex” operatoru) ölkə üzrə şəbəkəsində ciddi problem yaranıb. Odur ki, şirkətin minlərlə abunəçisi aldıqları telefonlardan istifadə edə bilmirlər. Hazırda CATEL abunəçilərinin əksəriyyəti aldığı aparatı geri qaytarmaq istəsə də, buna nail ola bilmir.

Bir müddətdir ki, Azərbaycanın ilk CDMA mobil operatoru olan CATEL şirkətinin (“Fonex” operatoru) ölkə üzrə şəbəkəsində ciddi problem yaranıb. Odur ki, şirkətin minlərlə abunəçisi aldıqları telefonlardan istifadə edə bilmirlər. Hazırda CATEL abunəçilərinin əksəriyyəti aldığı aparatı geri qaytarmaq istəsə də, buna nail ola bilmir. Çünki CATEL telefonunu onlara satan mağazaların nümayəndələri malı geri götürmək istəmirlər. Bu barədə redaksiyamıza müraciət edən CATEL abunəçiləri şirkətin onların hüquqlarını pozduğundan şikayətlənirlər. CATEL nömrəsi 415-20-75 olan Mahmudova Esmira deyir ki, aparatı onlara özünü firmanın işçisi kimi təqdim edən xanım 150 manata satıb. Heç aparatı bir ay işlətməmiş şəbəkədə problem yarandığından telefondan istifadə mümkünsüz olub:

«Görürəm ki, şəbəkədə yaranan problem düzəlmək bilmir. Heç olmasa aparatı satıb başqa operatorun xidmətindən istifadə etmək istəyirəm. Bu da ki mümkün deyil. Aparatı bizə satan qızın telefonuna zəng çatmır. Şirkətdən isə aparata sahib çıxan yoxdur. Deyirlər, geri ala bilmərik. Qalmışıq naəlac».

CATEL nömrəsi 418-06-56 olan Gülnarə Məmmədova da eyni problemi yaşayır. Abonent deyir ki, 150 manata aldığı aparatı hara, kimə qaytaracağını bilmir: «Əgər şəbəkə işləməyəcəkdisə, bizi xərcə salıb 150 manata aparat niyə aldırırdılar. İndi 150 manatı bizə kim ödəməlidir. Aparatı satan, yoxsa operator? Bax CATEL abunəçiləri bu suallar qarşısında aciz qalıb. Bilmirik, kimə müraciət edək. 150 manatı yerdən tapmamışıq ki, əgər şəbəkə işləməyəcəksə, bizə dəyən ziyanı ödəsinlər».

Məsələni aydınlaşdırmazdan öncə qeyd edək ki, “CATEL” MMC 1997-ci ildən təsis edilib. 1999-cu ilin aprel ayının 14-də isə şirkətin rəsmi açılış mərasimi keçirilib. 2004-cü ildən etibarən şirkət CDMA 2000 1x rabitə texnologiyasını tətbiq etməyə başlayıb. Bu texnologiya bir sıra üstün cəhətləri ilə fərqlənir: standartın ekoloji cəhətdən təmizliyi, şəbəkənin geniş tutumu, məlumatın yüksək sürətlə ötürülməsi, analoq və rəqəmsal faksın dəstəklənməsi və s.
CATEL Azərbaycanda müştərilərə telefon, faksimil, ISDN, İnternet və Data xidmətləri göstərən ilk stasionar simsiz rəqəmsal telefon şəbəkəsini qurub. 2007-ci ilin aprel ayında şirkət CDMA2000 standartında mobil xidmətlərini göstərmək məqsədilə yeni FONEX ticarət nişanını telekommunikasiya bazarına çıxarıb. CATEL şirkəti 4 nominalda – 2 AZN, 5 AZN, 10 AZN və 20 AZN qiymətində ödəmə kartlarını təklif edir.

İndiyədək CATEL-in CDMA şəbəkəsinin əhatə dairəsinə Bakı, Abşeron, Sumqayıt, Kürdəmir, Ucar, Şirvan, Göyçay, Mingəçevir, Gəncə, Şəmkir, Ağstafa, Balakən, Şəki, Şabran, Nabran, Quba, Şamaxı, Lənkəran, Astara, Masallı, Cəlilabad və Tovuz daxildir.
O ki qaldı şəbəkədəki problemə, bunu müvəqqəti texniki narahatçılıq kimi xarakterizə edirlər. Şirkətin öz saytında şəbəkədə problemin olduğu barədə məlumat yerləşdirilib.
”Hörmətli abunəçilər! CATEL şirkətinin CDMA şəbəkəsində yaranmış texniki problemə görə üzr istəyirik. Rabitənin qısa zamanda bərpası üçü
n təcili tədbirlər görülür”, -deyə şirkətin yaydığı məlumatda bildirilib.

Şəbəkədə yaranan problemə görə müştərilərə dəyən ziyana gəlincə, Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, CATEL istehlakçıların hüquqlarını pozur:

“İstehlakçı Hüquqlarının Müdafiəsi Haqqında” Qanunun müvafiq maddəsinə əsasən, istehlakçı onun tələbatını ödəməyən məhsulu geri qaytara bilər. Əgər CATEL istifadəçiləri narazıdırlarsa, aldıqları malı geri qaytarmaqda tam haqlıdırlar”.

E.Hüseynov deyir ki, hələ bu barədə AİB-ə yazılı müraciət edən olmayıb: “Əgər istehlakçılar ərizə ilə müraciət etsələr, biz bu məsələni araşdırarıq. Həmçinin, həmin telefonları geri qaytarmaq üçün müəyyən addımlar atarıq. İstehlakçıların tam hüququ çatır ki, aldıqları telefonları geri qaytarsınlar”.

CATEL MMC-nin baş ofisindən isə məsələyə aydınlıq gətirməkdən imtina etdilər. Bildirdilər ki, məlumat saytda yerləşdirilib. İtehlakçılara dəyən ziyanın kim tərəfindən ödənilməsini öyrənmək cəhdimiz isə alınmadı.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov isə bildirdi ki, nazirliyə də məsələnin texniki problemlə bağlı olduğunu deyiblər. O ki qaldı aparatların geri qaytarılıb-qaytarılmamasına M.Əmirov bu barədə onda məlumat olmadığını söylədi. Amma M.Əmirov çox güman ki, şəbəkədə yaranan problemin nə vaxt çözüləcəyi barədə həftənin 1-ci günü onlara ətraflı məlumatın veriləcəyini bildirdi. //merkez.az


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar