Fontu böyüt:
Avropa Birliyi, Avropa online axtarış sistemi üzrə bazarın 90%-nə liderlik edən Googleyə qarşı yeni iddia irəli sürüb.
Xəbərlər.az portalının Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, iddiada Googlenin bazarda digər rəqiblərinin axtarış zamanı linklərini daha az göstərərək haqsız rəqabətə şərait yaratması olub. Avropa Komissiyasının bu gün başlatdığı araşdırmada “Google”ni Microsofta və Intelə qarşı qara piyar aparmaqla ittiham edilib.Microsoftun sahibi olduğu brauzerdə dahil olmaqla bir çox firma, Googlenin reklam aldığı firmaların linklərini daha önsıralara çıxartdığını və bunun haqsız rəqabət olduğunu bildiriblər.
Qeyd edək ki, Google tarixində ilk dəfə belə böyük bir iddia ilə üzləşib.