İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclasında hansı məsələlər müzakirə olundu?

27.10.2010 [23:29]

Fontu böyüt:      

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində cari ilin ilk doqquz ayının yekunlarına dair kollegiya iclası keçirilib. Nazirlikdən verilən məlumata görə, iclasda çıxış edən Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov oktyabrın 20-də ölkə prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində cari ilin ilk doqquz ayının yekunlarına dair kollegiya iclası keçirilib.

Nazirlikdən verilən məlumata görə, iclasda çıxış edən Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov oktyabrın 20-də ölkə prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında dövlət başçısının proqram xarakterli çıxışından irəli gələn vəzifələri diqqətə çatdıraraq, Nazirlik tərəfindən həyata keçirilən islahatlar və onların nəticələri barədə danışıb.

Həyata keçirilən tədbirlərin nəticəsi kimi, cari ilin 9 ayı ərzində rabitə və informasiya texnologiyaları sektorunda dinamik inkişaf tempinin müşahidə olunduğunu bildirən nazir qeyd edib ki, hesabat dövründə İKT sektorunda artım tempi 34%, o cümlədən telekommunikasiya sektorunda 33,9%, poçt sektorunda isə 20,7% təşkil edib.

Ə.Abbasovun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM-in real artım tempi 4,1%, İKT və poçt sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı isə 2,1%-ə bərabər olub.

Bundan sonra iclasda 2010-cu ilin 9 ayının yekunları, «Maliyyə xidmətlərinin inkişafı Layihəsi»nin ilkin nəticələri və qarşıda duran vəzifələr, operatorlar, provayderlər arasında arabağlantı məsələlərinin tənzimlənməsi, onlara məhdud resursların ayrılması, resurslardan səmərəli istifadəyə nəzarət, həmçinin universal telekommunikasiya və poçt xidmətlərinin təşkili üzrə məsələləri əhatə edən məruzələr dinlənilib.

Kollegiyaya yekun vuran Ə.Abbasov rabitə və informasiya texnologiyaları sahəsi işçilərini daha yüksək nəticələrin əldə olunması üçün bütün səylərini səfərbər etməyə çağırıb və həlli vacib məsələlərin icrası üçün tapşırıqlar verib.

mənbə APA


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar