İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Telefondan internetə girmək neçə konturadır?- ARAŞDIRMA

14.01.2011 [02:45]

Fontu böyüt:      

Mobil telefon vasitəsilə internetə daxil olmaq indi çox sadə və rahatdır. Belə ki, biz yolda, nəqliyyatda və ya kompüter olmayan bir məkanda olduqda belə, internetdən istifadə edə bilirik. Bu imkanı bizə mobil telefon yaradır. Azərbaycanda olan mobil operatorlar – Bakcell, Azercell və NarMobile istifadəçilərinə internet xidməti təklif edir. Operatorların rəsmi saytlarına istinad etməklə, bu xidmətin dəyərini müqayisə etməyə çalışaq. (P.s. Bakcell və Azercell operatorlarının kontur qiyməti müxtəlif olduğundan, müqayisə aparmaq üçün 10 AZN-lik konturları ortaq dəyər seçmişik). Əgər siz internetlə bağlı heç bir kampaniyaya qoşulmamısınızsa, sadəcə olaraq əlinizə telefon götürüb internetə daxil olursunuzsa, onda hər 1 Mb (Meqabayt) üçün ödəməlisiniz: - Bakcell abunəçiləri – 0.18 AZN (100 kontur)

Mobil telefon vasitəsilə internetə daxil olmaq indi çox sadə və rahatdır. Belə ki, biz yolda, nəqliyyatda və ya kompüter olmayan bir məkanda olduqda belə, internetdən istifadə edə bilirik. Bu imkanı bizə mobil telefon yaradır. Azərbaycanda olan mobil operatorlar – Bakcell, Azercell və NarMobile istifadəçilərinə internet xidməti təklif edir. Operatorların rəsmi saytlarına istinad etməklə, bu xidmətin dəyərini müqayisə etməyə çalışaq. (P.s. Bakcell və Azercell operatorlarının kontur qiyməti müxtəlif olduğundan, müqayisə aparmaq üçün 10 AZN-lik konturları ortaq dəyər seçmişik).

Əgər siz internetlə bağlı heç bir kampaniyaya qoşulmamısınızsa, sadəcə olaraq əlinizə telefon götürüb internetə daxil olursunuzsa, onda hər 1 Mb (Meqabayt) üçün ödəməlisiniz:

- Bakcell abunəçiləri – 0.18 AZN (100 kontur)
- NarMobile abunəçiləri – 0.20 AZN
- Azercell (Sim-Sim) abunəçiləri – 0.67 AZN (200 kontur)/ Fakturalı xətt abunəçiləri – 0.60 AZN

Amma əgər siz mobil internetdən mütəmadi istifadə edirsinizsə, onda müxtəlif operatorlarda kampaniyayalara, GPRS paketlərinə qoşularaq, internetdən daha ucuz qiymətə istifadə edə bilərsiniz.

Bakcell
Bakcell abunəçiləri üçün limitli və limitsiz GPRS paketləri təklif edir. İnternetdən 36 saat ərzində limitsiz istifadə 1 000 kontur (1.80 AZN), 15 günlük limitsiz istifadə 15 000 kontur (27 AZN), 30 günlük limitsiz istifadə isə 27 000 kontur (48.60 AZN) dəyərindədir.
Budan başqa, Bakcell 30 gün ərzində limitli paketlər də təklif edir. Belə ki, 16 Mb internet qiyməti 700 kontur (1.26 AZN), 40 Mb 1 000 kontur (1.8 AZN), 150 Mb isə 2 700 kontur (4.86 AZN) qiymətindədir.

Azercell
Azercell, abunəçilərinə limitli internet paketləri təqdim edir. Bu operatorda siz 3 Mb internet trafiki üçün 150 kontur (0.50 AZN), 10 Mb üçün 650 kontur (2.17 AZN), 30 Mb üçün 1 000 kontur (3.33 AZN), 100 Mb üçün 2 300 kontur (7.60 AZN), 500 Mb üçün 6 500 kontur (21.45 AZN), 1 Gb üçün 11 500 kontur (38.00 AZN), 5 Gb üçün 16 250 kontur (53.60 AZN) ödəməlisiniz.
Azercell, həmçinin kompüterdə internetdən istifadə etmək imkanı da yaradıb. Belə ki, kompüterdə 1 saat internetdən istifadə etmək üçün 75 kontur (0.25 AZN), 3 saat üçün 180 kontur (0.60 AZN), 5 saat üçün 300 kontur (1.00 AZN), 10 saat üçün 500 kontur (1.65 AZN), 30 saat üçün isə 1250 kontur (4.10 AZN) ödəməlisiniz. Həmçinin Azercell Fakturalı xətt abonentləri 200 saat üçün 13.80 AZN ödəməlidir.

Data Kart

Bakcell

Bakcell, 3.5G Data Kartının qiyməti 55 AZN-dir. 30 gün limiti olan bu paket vasitəsilə siz 500 Mb üçün 20 AZN, 1 Gb üçün 25 AZN, 5 Gb üçün isə 35 AZN ödəməlisiniz.

Azercell

Azercell, 3G Data Kart vasitəsilə internet təklif edir. Data kartı əldə etmək üçün 49 AZN, 10 Mb internet üçün 2 AZN, 30 Mb üçün 3 AZN, 100 Mb üçün 7 AZN, 500 Mb üçün 20 AZN, 1 Gb üçün 35 AZN, 5 Gb üçün isə 50 AZN ödəməlisiniz.

Nar Mobile

Nar Mobile, 3G Data Kartını 39 AZN-ə təklif edir. Bu paketdə siz 60 Mb üçün 3 AZN, 240 Mb üçün 6 AZN, 800 Mb üçün isə 20 AZN ödəməlisiniz./// deyerler.org


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar