Fontu böyüt:
Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatı Milli Net-2010-da qeydiyyat müddəti bu gün başa çatır.
430 sayt müsabiqədə iştirak etmək üçün müraciət edib. Onlardan 304-ü müsabiqədə iştirak hüququ qazanıb. 126 sayt isə müəyyən səbəblərə görə qəbul edilməyib.
Yekun səsvermə prosesi bu gündən başlanacaq və 04 dekabradək davam edəcək.
Qeyd edək ki, bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir.