Fontu böyüt:
Ukrayna hakimiyyəti ölkənin əsas telefon operatoru olan “Ukrtelekom” ASC-nin səhmlərinin dövlət paketinin (92 faizə yaxın) satışına dair şərtləri təsdiq edib. Müvafiq şərtlər dünən hökumət tərəfindən bəyənilib.
İlkin qiymət 1,3 milyard ABŞ dolları məbləğində təyin edilib. Hərracın satış haqqında elan dərc olunduğu tarixdən 75 gün sonra keçiriləcəyi nəzərdə tutulub,
Paketin satışı ilə Ukrayna Dövlət Əmlakı Fondu məşğul olacaq.