Fontu böyüt:
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərmarka şirkəti dövriyyəyə Sumqayıt şəhərinin 60 illiyinə həsr olunmuş marka buraxıb.
Tirajı 1 milyon nüsxədən ibarət, nominal dəyəri isə 10 qəpik təşkil edən marka “Belarusskiy dom peçati” nəşriyyatında hazırlanıb.
Bundan əlavə Azərmarka üzərində kəpənəklər təsvir olunmuş 2 marka təqdim edib. Bu markaların hər biri 2 milyon nüsxə tirajı ilə hazırlanıb. Onların nominal dəyəri isə 10 və 20qəpik təşkil edir.