«Microsoft Windows Vista» və «MS Office-2007» əməliyyat sistemlərinin Azərbaycan dilinə tərcüməsi başa çatdırılıb. «Sinam» şirkətinin prezidenti Elçin Əliyevin verdiyi məlumata görə, şirkət üzərinə düşən bütün işləri artıq yekunlaşdırıb: «Hesab edirəm ki, əməliyyat sistemi və ofis paketinin Azərbaycan dilinə lokallaşdırılmış versiyaları yaxın zamanda geniş ictimaiyyət kütləsinə təqdim olunacaq».

Dövlət dilində əməliyyat sistemindən istifadə «Language Interface Pack» (LIP) interfeysi vasitəsilə mümkün olacaq. LIP interfeysi «Windows Vista»nın istənilən versiyasına quraşdırılır və bu, «Windows Desktop», İnternet-brauzeri və media-pleyerin Azərbaycan dilində istifadəsini təmin edir.
«Microsoft Windows Vista» lisenziyalaşdırılmış əməliyyat sisteminin istifadəçiləri «Windows Vista»nın Azərbaycan dilində versiyasını «Microsoft»un rəsmi saytından pulsuz yükləyə bilərlər.
xeberler.az