Fontu böyüt:
MTRŞ bu televiziyaların Azərbaycan dilindən istifadə qaydalarını pozduğunu müəyyənləşdirib
Mili Televiziya və Radio Şurasında (MTRŞ) Az.TV, “Lider” və “Space” telkanallarına xəbərdarlıq edib. Bu barədə qərar Şuranın təxminən bir saat əvvəl başa çatmış iclasında verilib.
Şura sədrinin köməkçisi Toğrul Məmmədov iclasdan sonra jurnalistlərlə söhbətində bildirib ki, adı çəkilən televiziyalar nəzarətçi qurumun “Dövlət dilindən istifadənin daha da təkmilləşməsi sahəsində teleradio yayımçılarının vəzifələri haqqında” qurumun 11 yanvar 2008-ci il tarixli qərarının tələblərini pozub. Onun sözlərinə görə, yanvarın 4-dək qeydə alınmış qanun pozuntularına Az.TV-də rus dilində yayımlanan “Xəbərlər” proqramının titrlə verilməməsi, “Lider” və “Space” televiziyalarında isə türk dilində serialların yayımlanmasıdır.
Toğrul Məmmədov bildirib ki, bəzi televiziyalarda qaydaların pozulması halları yanvarın 4-dən sonra da davam edib. Ən çox qanun pozuntularına daha çox “Lider” və “Space” yol verib. Şura rəsmisinin sözlərinə görə, hər iki televiziya rus və türk dillərində bir neçə verilişlər yayımlayıblar. Bundan başqa “Lider” televiziyası sonuncu dəfə Rus Dram Teatrında “Şarlotti” tamaşasını yayımlayıb.
xeberler.az/Ellada