Fontu böyüt:
“Day.az” və “Today.az” layihələri satılıb. Bu barədə layihələrin keçmiş baş redaktoru Elnur Baimov məlumat verib.Onun sözlərinə görə, layihənin satılması ilə bağlı məsələləri təsisçi həll etdiyi üçün onun detallar barədə məlumatı yoxdur.
E. Baimov əlavə edib ki, o layihənin yeni təsisçisi ilə birlikdə çalışmayacaq. Kollektiv üzvlərinin də layihədə qalıb-qalmayacaqları həllik məlum deyil.
Qeyd edək ki, bu il fevralın 18-də “Day.az” və “Today.az” layihələri fəaliyyətini dayandırıb. Əvvəlcə saytlarda layihənin başa çatması barədə məlumat yerləşdirilsə də, daha sonra layihələrin fevralın 25-də fəaliyyətə başlayacağı barədə məlumat verilib. Lakin bu gün layihənin satıldığı məlum olub. Saytın təsisçisi Anar Məmmədxanov portalın fəaliyyətinin dayandırılmasını saytın texniki problemlərlə üzləşməsi ilə izah edib.
Xatırladaq ki, “Day.az” 2003-cü ildə yaradılıb. Saytın təsisçisi millət vəkili Anar Məmmədxanov idi. APA