Fontu böyüt:
“Apple” şirkətinin gəliri rekord həddə çatdı.
Şirkət gəlirlərini əsasən analitiklərin də öncədən verdiyi proqnoza əsasən, Milad ərəfəsi çoxlu sayda “iPhone”, “Maks” və “iPad”-lərin satışından əldə etmişdir. Beləliklə, “Apple”-in son üç aylıq gəliri 6 milyard dollar təşkil etmişdir. Şirkətin keçən ilin son rübündəki satışı öncəki il həmin vaxtla müqayisədə 71% artmışdır. Şirkət rüb ərzində 4.13 milyon “Maks”, 16.24 milyon “iPhone” və 7.33 milyon “iPad” satmışdır.
Kaliforniyada yerləşən bu şirkət illik gəlirlərinin 62%-ni ABŞ-dan kənar ölkələrdən əldə edir. Bu gəlirlər əsasən də Çin daxil olmaqla Asiya bazarlarından əldə olunur.