Fontu böyüt:
Azərbaycanda 3G texnologiyasının lisenziyalaşdırılması işi nəzərdən keçirilir.Bununla bağlı ölkədə olan 3 mobil operator, artıq Rabitə və informasiya texnologiyaları nazirliyinə müraciət ünvanlayıblar.
DATA Mərkəzinin açılışında Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu haqda jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, cari ilin sonuna yaxın 3G xidməti istifadəçilərə təqdim olunacaq.
Qeyd edək ki,3G standartı Beynəlxalq elektron rabitə ittifaqı tərəfindən hazırlanıb və IMT-2000 (International Mobile Telecommunications 2000) adını daşıyır. 3G - "üçüncü nəsil" xidmətlər toplusudur.
O, İnternet şəbəkəsinin xidmətlərinə yüksəksürətli mobil çıxış, həmçinin məlumatların ötürülməsi kanalını yaradan radiorabitə texnologiyasını özündə birləşdirir.
Üçüncü nəsil 3G şəbəkəsi təxminən 2 HGz tezlik diapazonunda işləyir və məlumatları 2 Мbit/s sürətilə ötürür. Onlar videotelefon rabitəsi qurmağa, mobil telefonda film və televiziya proqramlarını və s. izləmək imkanı verir.