Fontu böyüt:
İstifadəçilərini təkraredilməz texniki dəstək təcrübəsi ilə təmin etmək məqsədilə HP istifadəçilərin on-layn rejimində suallara tez və səmərəli cavab almalarına kömək etmək üçün yeni və yenilənmiş proqram seriyaları təqdim edir.
Bu proqramlar arasında:
• İstifadəçilərə məsləhət və tapıntılarla mübadilə etmək, eləcə də HP məhsulları barədə suallara cavab almaq imkanı verən on-layn dəstəyi ilə müasirləşdirilmiş qlobal forumunu (http://www.hp.com/support/consumer-forum),
• HP-nin 20 milyondan artıq istifadəçinin hər ay asanlıqla lazım olan informasiyaları əldə edə bildiyi yenilənmiş veb-saytını (http://www.hp.com/support),
• İstifadəçilərə, məsələn ОС Windows Vista® - ya keçən zaman, yaxud simsiz ofisin təhlükəsiz quraşdırılması kimi müxtəlif vəziyyətlərdə kömək edən pulsuz on-layn dərsləri (http://www.hp.com/go/freeclasses),
• İkili monitorların birləşdirilməsindən tutmuş TB-tünerinin quraşdırılmasına qədər müxtəlif vəziyyətlər üçün məsləhət və göstərişlərin verildiyi on-layn video-roliklər seriyalarını (http://www.hp.com/products/howtovideos) göstərmək olar.
İstifadəçiləri dəstəkləyən yeni proqramlar informasiya mübadiləsi üsullarında dəyişiklikləri və HP müştərilərinin on-layn ünsiyyətlərini təqdim edir. İstifadəçilərin qlobal dəstəklənməsi üzrə HP-nin vitse-prezidenti Tara Banç hesab edir ki, - “Bu proqramlar istifadəçilərin dəstəklənməsində baş verən təkamülü əks etdirir. Qlobal onlayn cəmiyyət vasitəsilə istifadəçilərin bir-birlərinə kömək edə bilməsi və on-laynın ən yaxşı dəstəyini göstərən vasitələrin təqdim edilməsi bütün dünyada müştərilərimizin bizdən daha çox razı qalmalarına yardım edir”.
Qeyd edək ki, HP şirkəti informasiya texnologiyaları sahəsində dünya lideridir. HP məhsulları portfelinə printerlər, personal kompüterlər, proqram təminatı, eləcə də həm istifadəçilərə, həm də şirkətlərə informasiya texnologiyalarının köməkliyi ilə işlərini maksimal şəkildə sadə və rahat həyata keçirmək imkanı verən İT-xidmətləri və həlletmələri daxildir. HP şirkəti 2008-ci ilin avqust ayında EDS şirkətinin alınması prosesini başa çatdırıb.